Stokholmda 2019-cu il üzrə Nobel mükafatları təqdim edilib

Dekabrın 10-da İsveçin paytaxtında Nobel mükafatlarının təqdim olunması mərasimi keçirilib.
Mərasim hər il olduğu kimi, bu dəfə də 1896-cı il dekabrın 10-da vəfat edən Alfred Nobelin anma günündə baş tutub. Nobelin vəsiyyətinə uyğun olaraq, Sülh mükafatı Osloda, digər bütün mükafatlar isə Stokholmda təqdim edilir.
Stokholmda keçirilən mərasimdə fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat və iqtisadiyyat sahələrində laureatlara mükafatlar İsveç Kralı ХVI Karl Qustav tərəfindən təqdim olunub.
Mükafatlandırma mərasimində bütün laureatlara çıxış etmək imkanı yaradılıb. Sonda Nobel mükafatı laureatları və qonaqları üçün rəsmi bayram ziyafəti təşkil edilib.
Xatırladaq ki, fizika sahəsində 2019-cu ilin Nobel mükafatına Ceyms Pibls, Mişel Meyir və Didier Kelo layiq görülüb.
Kimya üzrə mükafat müvafiq olaraq, amerikalı Con Qudinafa və onun iki həmkarına - britaniyalı M.Stənli Uittinqemə və yaponiyalı Akira Yoşinoya verilib.
Fiziologiya və təbabət sahəsi üzrə mükafatlara amerikalılar Uilyam Kelin, Qreqq L.Semenza və britaniyalı Peter Retkliff layiq görülüblər.
Builki mərasim onunla fərqlənib ki, ədəbiyyat sahəsində mükafatlar laureatlara həm 2018-ci, həm də 2019-cu illər üzrə təqdim edilib. Belə ki, 2018-ci il Nobel mükafatı polşalı yazıçı Olqa Tokarçuka, 2019-cu il üzrə isə avstriyalı yazıçı Piter Handkeye verilib.
İqtisadiyyat üzrə mükafata Hindistan əsilli amerikalı Abirjit Banerji, fransız əsilli amerikalı Ester Düflo və digər amerikalı Maykl Kremer layiq görülüblər.
Hər nominasiya üzrə pul mükafatının həcmi 9 milyon kron (təxminən 944 min ABŞ dolları) təşkil edir.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

