Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 20:05 - 23:59 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

“İrlandiyalı” filminə ilk yeddi gün ərzində baxanların sayı 26 milyondan çox olub

“İrlandiyalı” filminə ilk yeddi gün ərzində baxanların sayı 26 milyondan çox olub

Filmlərin və serialların axın şəkilli multimedia əsasında ən iri təchizatçılarından biri olan “Netflix” firmasının rəhbərliyi bildirib ki, Martin Skorsezenin “İrlandiyalı” adlı yeni filminin nümayiş etdirildiyi ilk həftə ərzində bütün dünyada bu filmə baxanların sayı 26,4 milyondan çox olub.

Bu rəqəmə 3,5 saat davam edən filmin azı 70 faizinə baxmış tamaşaçılar da daxildir.

Gündəlik tələbat malları sənayesində marketinq hesablamaları aparan “Nielsen” şirkətinin məlumatına görə, ABŞ-da ilk beş gün ərzində “İrlandiyalı” filminə tamaşa edənlərin sayı 13,2 milyon olub. Həmin tamaşaçıların təqribən 20 faizi “İrlandiyalı” filminə onun translyasiya edildiyi ilk gündə - noyabrın 27-də tam həcmdə baxıblar.

“Netflix” şirkətinin elan etdiyi statistik məlumatlara inansaq, “İrlandiyalı” filmi Oskar mükafatına ən real namizədlərdən biridir. Prodüserlər bu filmin yaradılmasına təqribən 160 milyon dollar xərcləyiblər.

Dekabrın 8-də “İrlandiyalı” filmi “Qızıl qlobus” mükafatına müxtəlif nominasiyalarda, o cümlədən, “Ən yaxşı film” və “Ən yaxşı dram” nominasiyalarında namizəd kimi 5 mükafata layiq görülüb. Ötən həftə Nyu-Yorkdakı Kino tənqidçiləri Dərnəyi və ABŞ Kino tənqidçilərinin Milli Şurası “İrlandiyalı”nı “İlin ən yaxşı filmi” hesab ediblər.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi