“Məşhurluq, populyarlıq məşhur olanadək gözəl görünür"

“Netflix”in yeni Türkiyə istehsalı olan “Atiye”də baş rolu calandıran Beren Saat “Based İstanbul” jurnalı üçün kamera qarşısına keçib. Beren təkcə foto və video çəkdirməyib, o, eyni zamada dərgiyə müsahibə də verib.
B. Saat aktrisalıq fəaliyətinə “Aşk-ı Memnu”da birlikdə rol aldığı Selçuk Yöntemin tamaşasını izlədikdən sonra başladığını bildirib.
“9-10 yaşım var idi. Selçuk Yöntemin “Ben Feuerbacj” tamaşasını izləmişdim. Finalda dəmir pilləkənləri, yanıb-sönən işıqları və aktyorun səhnəyə çıxışını xatırlayıram. “Mən də bu səhnədə olmaq istəyirəm” hissi yarandı”,- deyə məşhur aktrisa vurğulayıb.
Bundan əlavə, Beren Türkiyə istehsalı olan filmlərdən narazı olduğunu qeyd edib: “Çox qaranlıq, gərgin bir dövrü aşmışıq. İndi musiqi, kitab və teatrda çox gözəl yaradıcı məhsullar ortaya qoyurlar. Təəssüf ki, bunları filmlərdə görmürük. Çünki komediya janrında kinolarımız daha çox çəkilir”.
“Məşhurluq sizə necə təsir edir?” sualına serial və kino ulduzu belə cavab verib: “Məşhurluq, populyarlıq məşhur olanadək gözəl görünür. Lakin məşhur olduğun gün sanki həbsxanaya düşürsən”.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

