Bakı
20.03° Buludlu
Ekspert
İndi Efirdə 19:05 - 20:00 Azər Bəyin təqdimatında
USD - AZN
EUR - AZN

Hollandiyada həftəlik iş vaxtının 30 saata endirilməsi istənilir

Hollandiyada həftəlik iş vaxtının 30 saata endirilməsi istənilir

Həftəlik iş saatının endirilməsiylə yanaşı maaşların azaldılmaması tələb edilir.

Hollandiyanın ən nüfuzlu həmkarlar ittifaqından biri olan Xristian Həmkarlar İttifaqları Konfederasiyası (CNV) ölkədə həftəlik ümumi iş vaxtını 30 saata endirmək istəyir.

Birlik həftəlik iş saatının endirilməsiylə yanaşı maaşların azaldılmamasını da tələb edir.

CNV prezidenti Piet Fortuin danışıqlarda həftəlik iş vaxtının 30 saata endirilməsi üçün səy göstəriləcəyini bildirib.

Həmkarlar ittifaqı hesab edir ki, iş vaxtının azaldılması əmək məhsuldarlığını artıracaqdır.

Hollandiyada 100 illik tarixə malik və ən böyük həmkarlar ittifaqlarından biri olan CNV bundan əvvəl həftəlik iş vaxtını 40 saatdan 38-ə, növbəti kollektiv müqavilədə isə 36-ya endirilməsinə nail olub.

CNV-nin yeni hədəfi həftəlik iş vaxtını 30 saata endirməkdir.

Hollandiyada nəşr olunan "De Telegraaf" qəzetinə danışan CNV prezidenti Fortuin, "İşçilərin iş yükü çoxdur" deyib və nəticədə, işçilərin stress vəziyyətinə düşdüyünü qeyd edib.

Birliyin araşdırmasına görə, işçilərin 54 faizi iş yükünün ağır olduğundan əziyyət çəkir, 16 faizi isə "tükənmə sindromu" ilə üzləşir.

Hollandiya Statistika İnstitutunun məlumatına görə, 2018-ci ildə 1,3 milyon işçi tükənmə problemi ilə üzləşib.

Bu isə, öz növbəsində iqtisadiyyata 2,8 milyard avroluq ziyan vurub.

CNV-yə görə, işçilərin daha qısa iş günü iş yerlərində idarəçilik xərclərinin azalmasına səbəb olur.

İşçilərin işi və şəxsi həyatı arasında daha yaxşı tarazlığın yaradılması ideyasını müdafiə edən CNV prezidenti Fortuin, həftədə 30 saat işləməklə problemlərin minimuma endiriləcəyini düşünür.

30 saatlıq iş həftəsi rejimi ilk dəfə İsveçdə həyata keçirilib.

Gothenburg şəhərindəki bir qocalar evində 6 saatlıq iş günü olmaqla 5 günlük iş həftəsi tətbiq edilib. Nəticədə işçilərin əmək məhsuldarlığı artıb.

İşçilərdə daha az yorğunluq, stres və işə çıxmamamq halları səbəbindən iş keyfiyyətinin və müştəri məmnuniyyətinin artdığı müşahidə edilib

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi