Mesut Özil PES 2020-nin Çində satılan versiyasından çıxarılıb

Özilin uyğurları dəstəkləyən mesajı Çində qəzəb dalğası yaradıb.
"Arsenal" futbol komandasının türk əsilli futbolçusu Mesut Özil dünyanın ən populyar video oyunlarından PES 2020-nin Çində satılan versiyasından çıxarılıb. Buna səbəb futbolçunun bir müddət əvvəl sosial şəbəkədə uyğur müsəlmanlarını dəstəkləyən mesaj yazmasıdır.
PES-in Çindəki paylaşımını həyata keçirən "NetEase" şirkəti məsələ ilə əlaqədar açıqlama verib: "Alman futbolçu Özil sosial mediada Çinlə bağlı radikal açıqlama verib. Bu sözlər çinli futbol həvəskarlarının hisslərinə toxunub, idmanın sevgi və sülh ruhuna xələl gətirib. Bunu başa düşmürük, qəbul etmirik və bağışlamırıq".
Türk əsilli alman futbolçu yaydığı mesajda uyğur türklərini "əziyyətlərə qatlaşan mücahidlər" kimi xarakterizə etmiş və "Quranlar yandırılır, məscidər bağlanır, din alimləri öldürülür, bacılar zorla çinli kişilərlə evləndirilir. Bütün bunlara baxmayaraq, Ümməti Məhəmməd susqundur" demişdi.
Özilin bu mesajı "Arsenal"ın çox populyar olduğu Çində qəzəb dalğası yaradıb.
"Arsenal"ın oyunu Çinin dövlət televiziyasının proqramından çıxarılıb.
"Arsenal" futbol klubu isə paylaşımın "Özilin şəxsi rəyi" olduğunu bildirib.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

