Putinlə qonşuluq neçəyə başa gəlir?

Rusiya Prezidenti Vladimir Putinin mənzilinin yerləşdiyi Sankt-Peterburqdakı Vasilyevski adasının 2-ci xəttindəki fərdi yaşayış evlərinin minimum qiyməti 2,9 milyon rubl məbləğində dəyərləndirilir.
Bu barədə “Nevskiy prostor” agentliyinin hazırladığı hesabatda qeyd olunub.
Agentlik rieltorları hazırda Putinin evi ilə qonşuluqda neçəyə yaşamaq olduğunu müəyyənləşdiriblər. Məlum olub ki, Vasilyevski adasının 2-ci xəttindəki 17 nömrəli binada bir dənə də olsun mənzil satılmır - burada son mənzil 2017-ci ilin payızında satışa çıxarılıb.
Ətrafdakı evlərdə 21 mənzil var. Üç otaq və studiyadan ibarət obyektlər ümumilikdə 7 ədəddir ki, bunlar da 2,9 milyondan 3,4 milyon rubla qədər dəyər təşkil edir.
Üçotaqlı mənzillər arasında ən bahalısı 20 milyon, ən ucuzu isə 9 milyon rubla başa gəlir. Dördotaqlı seçimlər 9,5-31 milyon rubl arasında qiymətləndirilir.
Mütəxəssislərin sözlərinə görə, Vasilyevski adası ziddiyətlər məkandır. Belə ki, ərazidə elit daşınmaz əmlak və orta səviyyəli ev tapmaq olar. Bu özü olduqca unikaldır. Yerə tələbat ardıcıl olaraq yüksək səviyyədədir.
Qeyd olunur ki, V. Putin sözügedən ərazidəki mənzilini 1992-ci ildə alıb.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

