Elmi tədqiqat: Kişilər yalan danışmaqda qadınlardan daha mahirdir

Kişilər qadınlardan daha yaxşı yalan danışdıqlarını və bunu gizləyə bildiklərini düşünürlər
"PLOS ONE" jurnalında nəşr olunan elmi tədqiqatda kişilərin özlərini yalan danışmaqda qadınlardan ikiqat yaxşı hesab etdikləri və bunun öhdəsindən gəldiklərini düşündükləri müəyyən olunub.
Həmçinin yalan mütəxəssislərinin tekst mesajlarındansa üzbəüz danışığa üstünlük verdikləri bildirilib.
"Biz yalan danışmağı bacarmaqla, cinsiyyət arasında vacib bir əlaqə tapmışıq. Kişilərin özlərin yalan danışmaqda qadınlardan ikiqat yaxşı hesab etdikləri və bunun öhdəsindən gəldiklərini düşündükləri müəyyən olunub", - bu sözləri Birləşmiş Krallıq Portsmut Universitetinin tədqiqatçısı Brianna Verigin deyib.
Tapıntıları əldə etmək üçün tədqiqat komandası ortalama yaşı 39 olan və yarısı kişi, yarısı qadın olmaqla, 194 nəfər arasında yalan danışmaq vərdişləri ilə bağlı sorğu keçirib. Onlara nə qədər tez-tez həqiqəti danışmadıqları, nə barədə və kimə yalan dedikləri soruşulub.
Tədqiqatdan çıxan nəticəyə görə, insanlar əksərən "zərərsiz yalanlar" danışdıqlarını, şişirtdiklərini, məlumatı gizlədiklərini, yalanı çoxlu həqiqətlərin içində gizlədiklərini deyiblər.
"Tədqiqat zamanı bir daha müəyyən olunub ki, biz yalanı faş etməkdə düşündüyümüz qədər mahir deyilik. Əksər hallarda kiminsə gözümüzə kül üfürdüyünü başa düşmək şansımız 50:50 olur", - deyə Verigin bildirib.
Həmçinin tədqiqatçıların dediyinə görə, yalançıların ən əsas strategiyalarından biri həqiqətə yaxın olmaq üçün zərərsiz yalanlar demək və çox böyük informasiya verməməkdir.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

