Bakı avtovağzalı bu tarixə kimi gücləndirilmiş iş rejimində çalışacaq

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 21-dən gücləndirilmiş iş rejimində çalışır və bu rejim yanvarın 5-nə qədər davam edəcək.
Bunu Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib. Onun sözlərinə görə, digər günlərlə müqayisədə daha çox sərnişin axınının olacağı nəzərə alınaraq xəttə ehtiyat avtobusları cəlb olunub:
"Ötən ilin statistikasına görə ən çox sərnişin sıxlığı 28,29,30 dekabr tarixlərinə təsadüf edib. Sərnişinlərə yarana biləcək sıxlığı nəzərə alaraq biletləri bir neçə gün öncədən əldə etmələri tövsiyə olunur. Biletləri avtovağzalın kassalarından, eyni zamanda www.avtovagzal.az saytı və mobil tətbiq vasitəsilə 10 gün öncədən 1 gün qabağa qədər əldə etmək mümkündür".
Sərnişinlər yarana biləcək hər hansı sual, sorğu və ya şikayətlə bağlı (012) 406-01-58/59 nömrəli “Məlumat Mərkəzi” nə zəng edə, eyni zamanda Bakı Beynəlxalq Avtovağzal Kompleksinin facebook səhifəsinə və ya info@avtovagzal.az e-mail ünvanına yazıb müraciət edə bilərlər.
Xatırladaq ki, “Məlumat Mərkəzi” həftənin 7 (yeddi) günü səhər saat 07:00-dan 00:30-a kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalı yalnız avtovağzal ərazisindən fəaliyyət göstərən avtobuslara nəzarət edir. Qeyri-qanuni sərnişindaşıma ilə bağlı yarana biləcək hər hansı bir hadisəyə BBAK cavabdehlik daşımır.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

