Bakı
20.03° Buludlu
Sağlam saat
İndi Efirdə 16:05 - 17:00 Azər Bəy `in təqdimatında
USD - AZN
EUR - AZN

Elmi araşdırma: Havanın çirklənməsi intellektin azalmasına gətirib çıxarır

Elmi araşdırma: Havanın çirklənməsi intellektin azalmasına gətirib çıxarır

Tədqiqatçılar dünya əhalisinin 95%-nin təhlükəli hava udduğunu bildirir

ABŞ-ın Yel Universitetinin İctimai Sağlamlıq Məktəbinin tədqiqatçılarının Çində apardığı araşdırmalar havanın çirklənməsinin intellektin kəskin şəkildə azalmasına gətirib çıxardığını müəyyən edib. Aparılan tədqiqat zamanı müəyyən edilib ki, çirkli hava udmağa məruz qalan insanların imtahan göstəriciləri aşağı olur.

Tədqiqat havanın çirklənməsinin rekord səviyyədə olduğu Çində aparılsa da, tədqiqatçılar dünya əhalisinin 95%-nin də təhlükəli hava udduğunu bildirirlər.

Çin Ailə Paneli Tədqiqatlarından 20 min insanın datasının götürülürək analiz edildiyi tədqiqat işində havanın kəskin şəkildə çirklənməsinin dil və riyaziyyat testlərində aşağı göstəricilərlə səbəb olduğu müəyyən edilib. İntellektin azalması isə oxşar şəkildə özünü təhsil ilinin itirilməsi ilə biruzə verir.

"Çirkli hava hər kəsin bir illik təhsil həyatının itirilməsinə səbəb ola bilər və bu, böyük göstəricidir. Üstəlik biz bilirik ki, çirkli hava yaşlı insanlara daha pis təsir göstərir, xüsusilə 64 yaşdan yuxarı insanlara və aşağı təhsilli insanlara. Əgər biz onların da göstəricisini yoxlamadan keçirsək, itirilən təhsil ili bir ildən çox ola bilər", - deyə tədqiqatçılardan biri Xi Chen deyib və əlavə edib: "Sənin harada yaşamandan asılı olmayaraq, bu göstərici eynidir. Biz insanların fərqli cəhətlərindən daha çox ümumi cəhətlərimiz var".

Çirkli havanın intellektə mənfi təsirinin potensial baxımdan oksidativ streslə, nevroinflammasiya və nevrodegenerasiya ilə əlaqədar ola biləcəyi vurğulanır.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi