Bakı
20.03° Buludlu
Sağlam saat
İndi Efirdə 16:05 - 17:00 Azər Bəy `in təqdimatında
USD - AZN
EUR - AZN

Amerikalılar Milad bayramını qeyd edirlər

Amerikalılar Milad bayramını qeyd edirlər

Dekabrın 25-də bütün katolik dünyasında olduğu kimi, ABŞ-da da Milad bayramı qeyd edilir. Bu gün istirahət günü sayılır, ailə bayramları və müxtəlif hədiyyələrlə müşayiət olunur.

ABŞ-da evin təkcə içərisini deyil, bayırını də bəzəyirlər. Evdə hər şey bəzədilmiş yolka kimi çıraqban olur. Küçələr işıqlandırılır, evlərin qarşısında işıqsaçan fiqurlar qoyulur. Ağaclar, kollar gülbəndlərlə bəzədilir. Evlərin və mağazaların sahibləri giriş qapılarının qarşısında bəzədilmiş Qar adamlar qoyurlar, qapılardan isə yolka çələngləri asılır.

Evlərdə bayram adətən dekabrın 24-dən 25-nə keçən gecə kilsədən gəldikdən sonra başlanır. Amerikalılar erkən səhər yeməyinə toplaşırlar. Onların çoxu valideynlərinin evlərində toplaşır. Səhər hamı bir-birinə hədiyyə verir və Milad bayramı münasibətilə xoş arzularını bildirir. Bayram gün ərzində qeyd edilir. Hazırda milad yeməkləri vacib olmasa da, Amerika ailələrinin çoxunda içi doldurulmuş hind toyuğu bişirilir.

Milada bir neçə həftə qalmış amerikalılar çoxsaylı alış-veriş edirlər. Milad mövsümü il ərzində ən böyük iqtisadi stimul hesab olunur.

ABŞ Milli Pərakəndə Satışlar Federasiyasının hesablamalarına görə, sıravi amerikalı bu il bayram hədiyyələrinə orta hesabla təxminən 700 dollar xərcləyib. Bu isə ümumilikdə 465 milyard dollara bərabərdir. Tədqiqatçılar təxmin ediblər ki, bu pul yalnız ABŞ istehsalı olan məhsullara xərclənsəydi, ölkədə 4,6 milyon iş yeri yaranardı.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi