Bakı
20.03° Buludlu
Sağlam saat
İndi Efirdə 16:05 - 17:00 Azər Bəy `in təqdimatında
USD - AZN
EUR - AZN

Səudiyyə Ərəbistanı erkən nikahları qadağan edib

Səudiyyə Ərəbistanı erkən nikahları qadağan edib

Səudiyyə Ərəbistanı hökuməti uzun illər davam edən müzakirələrdən sonra erkən nikahları qadağan edib.

Bu barədə “Saudi Gazette” nəşri məlumat yayıb. 

Qeyd olunub ki, ölkə vətəndaşları üçün evlənmək üçün qanuni yaş həddi 18 müəyyən edilib. Artıq yeni qanun Ədliyyə naziri Valid əl-Samaani tərəfindən bütün yerli məhkəmələrə göndərilib.

Bundan sonra 18 yaşı tamam olmayan şəxslərin evlənmək istəyinə xüsusi məhkəmələr baxacaq və onların icazəsi olmadan nikah baş tutmayacaq. Məhkəmələr isə izdivacın baş tutması ilə bağlı qərarı evliliyin yeniyetmələrin gələcəyinə mənfi təsir edib-etməyəcəyi ilə bağlı araşdırma apardıqdan sonra verəcəklər.

Yeni qanun, cari ilin yanvar ayında 15 yaşına çatmamış ölkə vətəndaşlarının evlənməsinə qoyulan qadağanın davamıdır. Bundan əvvəl Səudiyyə Ərəbistanının qanunvericiliyində evlilik üçün minimum yaş həddi müəyyən edilməmişdi.

2017-ci ildə 15 yaşına çatmamış qızların evlənməsinin qadağan edilməsi ilə bağlı Səudiyyə parlamentinin bir neçə nümayəndəsi Ədliyyə Nazirliyinə məktub göndərmişdi.

Dünya İqtisadi Forumuna görə, dünyanın 117 ölkəsi uşaqların müəyyən şərtlərlə evlənməsinə icazə verir və ya qanunla nikah yaşını təyin etməyib. UNICEF-in məlumatına görə, dünyada hər gün 39 min uşaq ailə həyatı qurur.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi