Litvada hesab edirlər ki, müəssisələrdə iş vaxtının azaldılması zəruridir

Litva İşəgötürənlər Konfederasiyasının prezidenti Danas Arlauskas bildirib ki, müəssisələrdə iş vaxtının azaldılması labüddür və gələcəkdə şirkətlərin çoxu bu yolu seçəcək.
D.Arlauskas “Elta” agentliyinə müsahibəsində deyib: “Bu, labüd prosesdir. Bu yeni vasitəni tətbiq edən müəssisələrin sayı get-gedə artacaq. Mənim fikrimcə, bu, işçilərin loyallığını artırmaq üçün bir sosial vasitədir. Hazırda insan resursları uğrunda mübarizə gedir”.
Onun sözlərinə görə, indi işçilərin əməkhaqqının artırılması kifayət deyil, onlar həm də sosial zəmanətlər istəyirlər. D.Arlauskas deyib: “Fiziki iş baxımından, həftədə iki gün istirahət etmək kifayətdir, lakin yüksək emosional gərginlik, intensiv yaradıcı proses gedən yerlərdə məhsuldar işləmək üçün iki gün azdır, bunun üçün daha çox vaxt tələb olunur”. İşəgötürənlər Konfederasiyasının prezidentinin sözlərinə görə, yaradıcı fəaliyyət üçün iş vaxtının azaldılması böyük əhəmiyyət kəsb edir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının apardığı araşdırma nəticəsində məlum olub ki, Litva iş vaxtının ən çox olduğu ölkələrin ilk onluğuna daxildir. Bu ölkənin sakinləri orta hesabla ildə 1885 saat işləyirlər. Latviyada bu göstərici ildə 1910 saat, Estoniyada 1855 saatdır. İsveçdə vətəndaşlar hər il 1621 saat, İsveçrədə 1590, Belçikada 1551 saat işləyirlər.
Danimarkada artıq neçə onillikdir ki, iş həftəsi 37 saata endirilib. Bu vaxtın 30 saata endirilməsi nəzərdə tutulur. Danimarka nümayəndələri bu ideyanı Litvaya da tövsiyə ediblər.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

