Lionel Messi son 10 ilin 100 ən yaxşı futbolçusu siyahısına başçılıq edir

Son 10 ilin 100 ən yaxşı futbolçusunun reytinq siyahısı açıqlanıb.
"Give me Sport" nəşrinin dərc etdiyi siyahıda İspaniyanın "Barselona" klubunun və Argentina millisinin hücumçusu Lionel Messi ilk pillədə yer alıb. İkinci yer İtaliya "Yuventus"unun və Portuqaliya yığmasının forvardı Kriştianu Ronalduya məxsusdur. "3-lüy"ü hazırda Yaponiya "Vissel Kobe"sində çıxış edən "Barselona"nın sabiq yarımmüdafiəçisi Andres İnyesta qapayır.
Sonrakı 4 pillədə də Kataloniya təmsilçisinin keçmiş və hazırkı futbolçularından Xavi (karyerasını bitirib, hazırda Qətərin "Əl-Sədd" komandasının baş məşqçisidir), Neymar (PSJ, Fransa), Dani Alves ("San-Paulu", Braziliya) və Luis Suares yer alıb. "10-luğ"a "Real Madrid"in hazırkı oyunçularından Serxio Ramos ("Real Madrid", İspaniya) və Luka Modriç ("Real Madrid", İspaniya) də düşüb. Robert Levandovski ("Bavariya", Almaniya) isə onların arasında - 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, Lionel Messi bu il karyerasında 6-cı dəfə "Qızıl top"un sahibi olub.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

