Bakı metrosunda Yeni il - Retro vaqonlarda nostalji səyahət (FOTO)

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə "Bakı Metropoliteni" QSC daha bir fərqli sosial layihəsini həyata keçirib.
QSC-dən Trend-ə verilən məlumata görə, Yeni ilin gəlişi ilə bir neçə gün əvvəldən işıqlı şam ağacları ilə bəzədilmiş “İçərişəhər” stansiyasında Yeni ilin qəhrəmanları Şaxta baba və Qar qız sərnişinləri salamlayıblar. Onlar sərnişinləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il bayramı münasibəti ilə təbrik edib, onlara yeni ildə uğurlar və sevinc arzulayıblar. Yeni ilin ovqatına uyğun səhnələşdirilmiş tamaşanı Qar qız başlayıb. O, uşaqlarla birlikdə Şaxta babanı səsləyib. Öz təbiri ilə uşaqların səsinə səs verən Şaxta baba sözü-söhbəti, tapmacaları, atalar sözləri, yanıltmacları ilə əsl yeni il şənliyi ovqatı yaradıb. Uşaqlardan şeir, nəğmə hədiyyəsini alan Şaxta baba və Qar qız azyaşlı sərnişinlərə Yeni il sovqatlarını paylayıblar.
“A” və “Г”, eləcə də 2009-cu ilə qədər Bakı metrosunun xətlərində sərnişin daşımış “E” tipli vaqonların qoşulduğu qatar "İçərişəhər" stansiyasının hərəkətin olmadığı 1-ci baş yolunda nümayiş etdirilib. Şaxta baba və Qar qız stansiyaya enərək nümayiş etdirilən qatara minib, azyaşlı sərnişinlərə hədiyyələr paylayıblar. Sərnişinlər Yeni il qəhrəmanları ilə xatirə şəkilləri çəkdiriblər.
Yeni ilin əsas personajları iki gün azyaşlı sərnişinlərə hədiyyələr paylayaraq, onları sevindirəcəklər.
Son illərdə formalaşmış ənənəyə uyğun olaraq, yeni il ərəfəsində şəhərin mərkəzində yerləşən və sərnişin axınının sıx olduğu stansiyalarda konsert proqramı təşkil edilib. Bu dəfə ənənəvi konsert proqramına da yenilik gətirilib. Tanınmış “Şaqan” instrumental ansamblı canlı musiqi ilə “28 May”, “Sahil” və “İçərişəhər” stansiyalarında sərnişinlərdə əsl bayram ovqatı yaradıb.
Bu il "Bakı Metropoliteni" QSC bütün sərnişinlərinə daha bir yeni il sürprizi edib. Səsləri ilə bütün ölkədə məşhur olan mədəniyyət işçiləri qatarlarda stansiyaların elanlarını səsləndiriblər. Məşhurlar stansiyaları üç gün ərzində - dekabrın 30-dan yanvarın 1-dək elan edəcəklər.
“Bakı Metropoliteni” QSC ilin son sosialyönümlü layihəsini həyata keçirmiş, metro sərnişinlərini fərqli formada hər iki bayram münasibətilə təbrik edən sosial çarxlar hazırlamışdır. Respublikanın ən məşhur simalarının səsləndirdiyi təbrik videoları metropolitenin monitorlarında nümayiş etdirilir. Bununla yanaşı bu sosial video-çarxlar sosial şəbəkələr və televiziya kanallarında da nümayiş etdirilir.
Qeyd edək ki, bayram günlərində “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışacaq. Şəhərdə ki, bayram şənlikləri ilə əlaqədar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə saat 01:00-a qədər stansiyalar sərnişinlərin üzünə açıq olacaq.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

