Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

Sosial şəbəkələrdə yaranan problem qlobal xarakter daşıyır və yerli mobil operatorlardan qaynaqlanmır

Sosial şəbəkələrdə yaranan problem qlobal xarakter daşıyır və yerli mobil operatorlardan qaynaqlanmır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sosial şəbəkələrdə yaranan problemlə bağlı məlumat yayıb.

Nazirlikdən  verilən məlumatda deyilir: "Bu gün dünyanın bir sıra ölkələrində sosial şəbəkələrdən istifadədə problemlər yaranıb. Azərbaycanda da istifadəçilər “Facebook”, “Instagram” və “Whatsapp” tətbiqlərindən istifadə zamanı problemlərlə qarşılaşıblar. Belə ki, sosial şəbəkələrə giriş mümkün olmayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bəyan edir ki, sosial şəbəkələrin işində müşahidə olunan nasazlıq qlobal xarakter daşıyır və yerli telekommunikasiya sistemlərindən, həmçinin mobil operatorlardan qaynaqlanmır.

Populyar internet resurslarının işini təqib edən “Downdetector” xidmətinin məlumatına əsasən, istifadəçilərin 24 faizi sosial şəbəkələrə daxilolma, 75 faizi isə istifadə ilə bağlı problemlə qarşılaşıb.

ABŞ, Monteneqro, Gürcüstan, Serbiya, Bolqarıstan, Yunanıstan, Türkiyə, Bosniya-Hersoqovina, Cənubi Koreya, Makedoniya, İraq, Malayziya, Kipr və digər ölkələrdən olan istifadəçilər “Downdetector” xidmətində adıçəkilən sosial şəbəkələrin çökdüyünü bildirirlər".

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi