“Boeing” şirkəti 346 sərnişinin həlak olduğu təyyarə qəzalarının səbəbini açıqlayıb

ABŞ-ın “Boeing” şirkəti “737 Max” laynerlərinin tez-tez qəzaya uğramasının səbəbini açıqlayıb.
Bu barədə şirkətin dekabr ayında keçirdiyi daxili auditin nəticələri haqqında hesabatda məlumat verilib.
ABŞ Federal Aviasiya Administrasiyasının tələbi ilə keçirilən yoxlamada şirkətin bu sahəni bilən 3 ən yaxşı mütəxəssisi iştirak edib.
Sənəddə vurğulanıb ki, “737 Max”ın quyruğunun idarə edilməsinə kömək edən naqillərlə bağlı ehtimal olunan narahatlıq bundan öncəki hesabatlarda nəzərə alınmayıb. Mütəxəssislər hesab edirlər ki, bu naqillərin çox yaxın yerləşməsi nəticəsində kiçik qapalı dövriyyə yarana bilər. Bu isə pilotların qarşıya çıxan problemi düzgün qiymətləndirməməsi zamanı qəzaya səbəb ola bilər.
Şirkət bu iddianın tam təsdiqini tapacağı təqdirdə onun aradan qaldırılmasının heç də çətin olmayacağını, artıq “800 MAX” hava gəmilərində bu naqil paketlərinin ayrılacağını açıqlayıb.
Məlumata görə, “Boeing” ötən ay ABŞ Federal Aviasiya Administrasiyasını həmin məsələ ilə bağlı xəbərdar edib və ötən həftə isə daxili toplantı keçirərək mümkün dəyişikliyi müzakirə edib.
Şirkətin bundan sonra “737 NG” təyyarələrində də eyni təftişin həyata keçirə biləcəyi deyilir. Hazırda bu təyyarələrdən 6800-ü dünya ölkələri tərəfindən istifadə edilir.
Xatırladaq ki, “737 MAX”ın üzləşdiyi iki qəza nəticəsində 346 nəfər dünyasını dəyişib. 2018-ci ilin oktyabrında İndoneziyada "Lion Air" şirkətinin təyyarəsi qəzaya uğrayıb, martda "Ethiopian Air" onlarla insanın ölümünə səbəb olub.
Şirkət təyyarələrin idarə edilməsi üçün istfadə edilən MCAS sistemində problemin olduğunu və 2019-cu ilin sonuna qədər həmin məsələlərin aradan qaldırılacağını açıqlayıb, amma açıqlanmayan səbəblərdən nasazlığın aradan qaldırılması yubanıb.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

