125 saylı marşrut xəttində gediş haqqı artıb? - BNA-dan AÇIQLAMA

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda fəaliyyət göstərən 125 saylı marşrut xəttində gediş haqqının 35 qəpikdən 40 qəpiyə qaldırılması ilə bağlı səsləndirilən iddialara aydınlıq gətirib.
Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev açıqlamasında bildirib ki, marşrut xəttində heç bir qiymət artımı olmayıb: "Heç bir qiymət artımından söhbət gedə bilməz. Qiymət tənzimlənməsi Tarif Şurası tərəfindən həyata keçirilir. 125 nomrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınmaqla dəyişdirildi. Nəticə etibarilə Lökbatan qəsəbəsi sakinlərinin birbaşa müntəzəm marşrut xətti ilə şəhər mərkəzinə gediş-gəlişi təmin olundu. Belə olan halda marşrutun ümumi dövr uzunluğu 47.3 km təşkil etdi. Tarif Şurasının da qərarına əsasən qəsəbələrarası və şəhərətrafı marşrutlarda dövrün uzunluğunun yarısı 15 km-dən 30 km-dək (30 km daxil olmaqla) olarsa, tarif 40 qəpik hesablanır. Yəni 125 nömrəli marşrutun dövr uzunluğunun yarısı 23.6 km təşkil etdiyi üçün gediş haqqı 40 qəpiyə düşür.
Bununla yanaşı qeyd edim ki, 125 nömrəli xətt üzrə dəyişiklikdən əvvəl sakinlər Lökbatan qəsəbəsindən şəhər mərkəzinə gedərkən 60 qəpik xərcləyirdilərsə, hazırda bunun üçün 40 qəpik ödəyirlər. Daha rahat və müasir avtobuslardan istifadə edirlər".
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

