Qadın 25 il ərzində təkbaşına 2 milyon ağac əkib

Anasuyamaya ana təbiətə verdiyi töhfələrə görə UNESCO mükafatı verilib
Hindistanın Postapur kəndində yaşayan Çilkapalli Anasuyama adlı bir qadın ömrünün 25 ilini 22 kənddə 2 milyon ağac əkməyə həsr edib. Bu töhfəsinə görə, o, yaxınlarda Nyu-York şəhərində UNESCO-nun mükafatına layiq görülüb.
Hindistan mətbuatına açıqlama verən qadın məsələ ilə əlaqədar bu sözləri deyib: "Bu mənim üçün ağlasığmaz təcrübədir. Heç vaxt təsəvvürümə gətirməzdim ki, mənim kimi bir qız belə bir prestijli mükafata layiq görülər. Gördüyü işə görə belə yüksək səviyyədə qiymətləndirilər və həvəsləndirilər. Mən hələ də təbrik mesajları alıram və indi mənim işimlə maraqlanan insanların sayı daha da artıb".
Çilkapalli Anasuyama özünü bu işə 25 yaşında olarkən ərinin ölümündən sonra həsr edib. Dul qalan, yetərincə təhsilə və maliyyəyə sahib olmayan qadın çıxış yolunu bir təsərrüfat proqramına yazılmaqla görüb. Burada ona ağac əkməyi öyrədiblər, ağac əkmək işi qadının o qədər xoşuna gəlib ki, bundan sonra o, könüllü surətdə ağac əkməyə başlayıb və beləliklə, 25 il ərzində 22 kənddə 2 milyon ağac əkib.
Çilkapalli Anasuyama bundan sonra da ağac əkmək işini davam etdirmək niyyətindədir.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

