Bakı
20.03° Buludlu
Canlı Kitab
İndi Efirdə 10:05 - 11:00 Elçin Hacının təqdimatında
USD - AZN
EUR - AZN

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - yanvarın 11-12-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Departamentdən verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, yanvarın 12-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacağı proqnozlaşdırılır.

Lənkəran-Astara zonasında hava əsasən yağmursuz keçəcək. Lakin yanvarın 11-də gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Havanın temperaturunun gecə 2-5°, gündüz 6-11°, dağlarda gecə 0-3°, gündüz 5-8° isti olacağı bildirilir.

Qazax-Gəncə zonasında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı ehtimal edilir.

Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə səhər bəzi yerlərdə duman, çiskin olacaq. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı ehtimalı var.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin yanvarın 11-də gecə və səhər dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Havanın temperaturu gecə 1-6°, dağlıq ərazilərdə 8-11° şaxta, gündüz 6-11° isti olacaq.

Paytaxtda arabir yağış yağacağı, yanvarın 12-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Şimal küləyi əsəcək, yanvarın 12-də mülayim cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 2-6°, gündüz 6-10° isti olacağı gözlənilir.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi