Bakı
20.03° Buludlu
Canlı Kitab
İndi Efirdə 11:05 - 12:00 Elçin Hacının təqdimatında
USD - AZN
EUR - AZN

İran prezidenti Yaxın Şərqdəki son hadisələrə görə ABŞ-ı günahlandırıb

İran prezidenti Yaxın Şərqdəki son hadisələrə görə ABŞ-ı günahlandırıb

İran Prezidenti Həsən Ruhani İsveçin Baş naziri Stefan Leuvenlə telefon danışığı zamanı ABŞ-ın Yaxın Şərqdəki son hadisələrdə günahkar olduğunu bildirib.

 RİA Novosti-nin  məlumatına görə, bu haqqda Ruhaninin rəsmi saytında yazılıb.

“ABŞ bölgədəki son hadisələrə görə məsuliyyət daşıyır və biz hamımızın bu ölkənin cinayətlərini qınamalıyıq”, - deyə Ruhani bildirib. 

O, İranın İraqdakı ABŞ hərbi bazasına hücumunun BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həyata keçirildiyini və cinayət olmadığını deyib.

Ruhani qeyd edib ki, Yaxın Şərq problemlərini yalnız region ölkələri hər bir dövlətin suverenliyi çərçivəsində siyasi dialoq yolu ilə həll etməlidir.

İran Prezidenti gələcəkdə faciəli hadisələrin qarşısını almaq üçün bölgədə təhlükəsizliyi və əmin-amanlığı bərpa etməyin vacibliyini vurğulayıb: “Hamımız birləşib bölgəyə təhlükəsizliyi qaytarmalı və bölgədə sülhün hökm sürməsinə zəmin yaratmalıyıq. Dünyanın hər yerində belə dəhşətli hadisələrin qarşısını almalıyıq”.

İsveçin Baş naziri, öz növbəsində, Ukraynaya məxsus sərnişin təyyarəsinin vurulması nəticəsində çox sayda iranlının ölümü ilə əlaqədar Ruhaniyə başsağlığı verib. O, təyyarənin vurulmasını İranın etiraf etməsini yüksək qiymətləndirib. Leuven istintaqın şəffaf aparılmasında İsveçin kömək etməyə hazır olduğunu bildirib.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi