Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

100 il yaşamaq üçün - 7 tövsiyə

100 il yaşamaq üçün - 7 tövsiyə

Tanınmış amerikalı həkim-kardioloq Klayd Yansi insanın uzunömürlü olmasını təmin edə biləcək tövsiyələr tərtib edib.

"Antenn.az" “Qafqazinfo”-ya istinadla xəbər verir ki, həkimin fikrincə, insan orqanizmi əvvəlcədən uzun ömür sürməyə proqramlaşdırılıb. Ömrü qısaldan isə sağlamlığa ziyan vuran vərdişlərdir.

Həkim-kardioloqun sözlərinə görə, bu qaydalar insanın 90-cı və 100–cü yubileyini qeyd etməyə kömək edə bilər.

Fiziki fəallıq. Həkim qaçış, üzgüçülük, intensiv yerimə, idman oyunları ilə məşğul olmağı tövsiyə edir. Kardioloq bildirir ki, fiziki fəallığın çatışmazlığı insanın ömrünü 4 il qısaldır. Ürək xəstəlikləri və ya insult azhərəkətli adamlarda daha çox inkişaf edir.

Xolesterini nəzarətdə saxlamaq. Xolesterinin miqdarı artması damarlarda ürək-damar patologiyaları riskini artıran düyünlərin əmələ gəlməsinə səbəb olur. Odur ki, xolesterinin 5 vahiddən yuxarı qalxmasına imkan vermək olmaz.

Rasiona diqqət yetirmək. Uzun ömür sürmək üçün rasiondakı şirniyyat, fastfud və qazlaşdırırlmış içkiləri məhdudlaşdırmaq lazımdır. Sellüloz, dənli bitkilər, təzə meyvə-tərəvəzi isə çox yemək lazımdır.

Təzyiqin yüksəlməsinə yol verməmək. Yüksək təzyiqi təsadüfən “sakit qatil” adlandırmırlar. Arterial hipertenziyası olan insanlarda insult riski 40 faiz, infarkt ehtimalı isə 25 faiz yüksəkdir. 45 yaşına çatandan sonra təzyiqi nəzarətdə saxlamaq xüsusilə vacibdir.

Çəkinin artmasına yol verməmək. Həkim-kardioloq xatırladıb ki, piylənmə ürək və insult xəstəliklərinin yaranmasının əsas səbəbidir. Artıq çəki ömür müddətini 5 il qısaldır.

Diabetin profilaktikasını aparmaq. Diabetdən əziyyət çəkən adamlarda təzyiq, damar, ürək, qan dövranı sistemi ilə bağlı problemlər ehtimalı artır. Piylənməyə yol vermək olmaz, çünki bu xəstəliyin həlledici inkişaf amillərindən biri məhz piylənmədir.

Siqaretdən imtina etmək. Siqaret qlobal miqyasda ölüm amillərinin əhəmiyyət dərəcəsinə görə hipertoniyadan sonra ikincidir. Siqaret təkcə bilavasitə tənəffüs sistemi və ağciyər xərçəngi xəstəliklərinə meyilli olan siqaret çəkənləri deyil, həm də siqaret çəkənlərin çevrəsində olan və passiv siqaretçəkmədən əziyyət çəkən insanları öldürür. Klayd Yansi bildirir ki, siqaret çəkən bu zərərli vərdişdən yaxa qurtarandan 15 il sonra onun üçün vaxtsız ölüm riski siqaret çəkməyən insanın ölüm riskinə bərabər olur.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi