Avstraliya yanğınları: Külə çevrilən ərazilərdə bitkilər yenidən çiçəkləməyə başlayıb

Avstraliya tarixin ən pis yanğınlarından biriylə mübarizəni davam etdirir
Avstraliyada sentyabrdan bəri davam edən yanğınlarda yarım milyard heyvan tələf olub və milyonlarla hektarlıq ərazilərdəki bitki örtüyü məhv olub.
Amma külə çevrilən bəzi ərazilərdə bitkilərin yenidən çiçəkləməyə başlaması həyatın geri qayıtmağa başladığını göstərir.
Fotoqraf Murrey Lav yanğınların ən güclü olduğu Yeni Cənubi Uelsdəki Kulnura şəhəri yaxınlarındakı zərəri lentə almaq üçün çəkilişlər apararkən, küllərin arasından bitkilərin yenidən çıxdığına şahid olub.
Lav kül olan ərazidə gəzərkən gördüyü mənzərini "tamamilə məhv" kimi xarakterizə edib, amma bitkilərin yenidən çıxmağa başlamasının öna ümid verdiyini dilə gətirib.
"Bu axtardığımız, görmək istədiyimi yenilənmənin əlamətidir. Avstraliyanın məşhur meşələrinin yenidən doğmasına şahid oluruq", - Lav deyib.
Lavın sosial şəbəkədə yerləşdirdiyi şəkillər böyük marağa səbəb olub.
Şeffild Universitetinin yanğın ekologiya mütəxəssisi Dr. Kimberli Simpson kül olan ərazilərdə bitkilərin yenidən çıxmasının normal olduğunu deyir.
Simpsonun dediyinə görə, bu bitki növləri milyonlarla il ərzində tez-tez yanğınlara məruz qalıb və bunun nəticəsində də yanğından sonra tez bir şəkildə həyata qayıtmalarını təmin edəcək şəkildə təkamül ediblər.
Bununla belə, mütəxəssis normal şərtlər altında yanğınların nadir olduğu yağış meşələri kimi sahələrdə belə bir təkamülün mövcud olmadığını və bu səbəbdən də buradakı bitkilərin həyata qayıtmasının bu qədər sürətli olmaq ehtimalının olmadığını bildirib.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

