Türkiyə Prezidenti: "“Liviya xəritədə uzaq görünə bilər, amma bizim üçün uzaq bir yer deyil”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı bildirib ki, Liviya Osmanlı imperiyasının əhəmiyyətli hissəsi olub və Türkiyənin Liviya ilə dərin tarixi bağları mövcuddur: “Heç kim ölkəmizdən yardım istəyən liviyalı qardaşlarımıza arxa çevirməyimizi gözləməsin. Liviyada Haftara tabe olmayan qardaşlarımız var. Haftar Liviyadakı türkləri də etnik təmizləməyə məruz qoymaq niyyətindədir. Çətin anlarında onların yanında olmağımız lazımdır. Orada türk varlığından xəbərsiz olanları gördükcə millətimiz adına kədərlənirəm. “Liviyada nə işiniz var?” deyənlər siyasət və tarix cahilləridir”.
Ərdoğan Liviya Milli Ordusunun (LMO) rəhbəri, marşal Xəlifə Haftarın Moskvada Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Səracla atəşkəs razılaşmasını imzalamamasına da münasibət bildirib. Türkiyə Prezidenti qeyd edib ki, dünən Moskvada keçirilən danışıqlarda Liviya Milli Razılıq Hökuməti konstruktiv mövqe nümayiş etdirib: “Buna baxmayaraq, Haftar atəşkəs razılaşmasını imzalamadı. Əvvəlcə “hə” dedi, sonra Moskvanı tərk etdi, qaçdı. Bundan sonra məsuliyyət cənab Putin və onun komandasının üzərinə düşür. Biz sözümüzün üstündə durduq, amma Haftar danışıqları tərk etdi. İrəli sürdüyü şərtlər onun əsl simasını göstərir. Atəşkəsi qəbul etməməsi bizi heç təəccübləndirmədi”.
Ərdoğan bazar günü Almaniyanın paytaxtı Berlində Liviya ilə bağlı sammitə qatılacağını da vurğulayıb: “Bu sammitə başda ABŞ olmaqda, digər ölkələrdən də nümayəndələr qatılacaq. Biz Tunis və Qatarın da sammitə qatılmasının zəruriliyini aidiyyəti üzrə çatdırsaq da istədiyimiz nəticəni əldə edə bilmədik. Hücumları dayandırmasa, Haftara lazımi dərsi verməktən geri çəkilməyəcəyik”.
Türkiyənin məqsədinin regionda yaşayan insanların haqlarını qorumaq olduğunu bildirən Ərdoğan qeyd edib ki, Suriya məsələsində ABŞ və Rusiya ilə əldə edilən razılaşmalara tam əməl olunmur.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

