Yaponiyada ilk dəfə kişi nazir uşağına görə məzuniyyət götürəcək

Yaponiyanın ətraf mühit naziri Sindziro Koidzumi ölkə tarixində ilk dəfə doğuluşu yanvarda gözlənilən birinci uşağına qulluq etmək üçün məzuniyyət götürmək niyyətindədir.
Bu barədə NHK telekanalı bildirib.
Qeyd edilir ki, nazir Koidzumi uşağın doğuluşundan sonra üç ay ərzində toplam olaraq iki həftəlik məzuniyyət götürəcək. Əsas məzuniyyət qısa iş günü kimi və silinmiş iş hesabına formalaşdırılacaq ki, onun nazir vəzifəsinə və parlamentin deputatı kimi fəaliyyətinə zərər vurmasın.
O, həmçinin video müraciət formatından və əməkdaşlarla elektron poçtla ünsiyyətlərdən daha çox istifadə edəcək. Koizdumi arvadı, məşhur yapon modeli və televiziya aparıcısı Takiqava Kristelin hamiləliyinin məlum olmasından sonra məzuniyyət fikrini dəyişdirdi.
Qeyd edilir ki, onun məzuniyyət götürməklə bağlı qəti qərarı uşağa qulluq üzrə məzuniyyətlər barəsində yapon cəmiyyətində mövcud olan atmosferi dəyişdirmək arzusundan doğub.
Yaponiyada qanunvericilik hər iki valideynə uşağa qulluğa görə məzuniyyətə icazə verir. Amma ölkədə çox az kişi öz hüququndan istifadə edir.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

