Bakı
20.03° Buludlu
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Sevdanın təqdimatında
USD - AZN
EUR - AZN

“Versace” kenquru dərisindən istifadədən imtina edib

“Versace” kenquru dərisindən istifadədən imtina edib

İtaliyanın dünya şöhrətli "Versace" moda evi genişmiqyaslı təbii meşə yanğınları səbəbindən Avstraliyada milyonlarla heyvanın həlak olması fonunda geyim və ayaqqabı istehsalında kenquru dərisindən istifadə etməyəcək.

Bu barədə  “The Telegraph”a  xəbər verir.

Nəşrin məlumatına görə, belə qərar hələ keçən il qəbul olunub və 2019-cu ildə “Versace” kolleksiyasına aid edilib. Lakin qərarın mövcudluğu yalnız bu həftə məlum olub.

Bununla birlikdə qeyd edilir ki, kenquru dərisindən istifadədən imtina birbaşa Avstraliyada yanğınlarla yox, ehtimal ki, italyan heyvansevərlər tərəfindən təzyiqlə bağlıdır.

“Versace”nin nümayəndəsi nəşrə açıqlamasında məlumatı təsdiqləyib. Bildirib ki, bundan sonra kenqurunun dərisindən istifadə tamamilə dayandırılacaq.

Avstraliyada 2019-cu ilin payızında tüğyan edən meşə yanğınları nəticəsində 1 milyarddan çox heyvan həlak olub.

Daha əvvəl məlum olub ki, "Versace" moda evinin rəhbəri Donatella Versace geyim və aksessuar istehsalı zamanı təbii xəz istifadəsindən imtina barədə qərar qəbul edib. "Xəz? Mən artıq belə işlərdə yoxam. Mən dəb xatirinə heyvanları öldürmək istəmirəm. Bu düzgün deyil", - deyə Versace bildirib.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi