ABŞ-dan Rusiyada hökumətin istefaya getməsinə ilk reaksiya

ABŞ Dövlət Departamentinin Mətbuat xidmətinin rəhbəri Morqan Ortaqus Rusiyada hökumətin tam tərkibdə istefaya getməsinə münasibət bildirib. Bu barədə o, müvafiq bəyanatı RTVI telekanalında səsləndirib.
“Deyə bilərəm ki, biz Rusiya vətəndaşlarının tərəfindəyik”, - deyə Ortaqus bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Rusiya ilə ABŞ arasındakı münasibətləri yaxşılaşdırmaq istədiyini açıqlayıb, lakin nəticə Rusiya hakimiyyətindən asılıdır.
“Ümid edirik ki, Rusiyada kimin hakimiyyətdə olmasından asılı olmayaraq, onlar xarici siyasətdə dəyişiklik etmək istəyimizi nəzərə alacaqlar, - deyə Dövlət Departamentinin nümayəndəsi əlavə edib.
“TASS” xəbər verir ki, Ağ Ev Rusiya hökumətinin istefası ilə bağlı şərh verməkdən imtina edib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin yanvarın 15-də Baş Nazir Dmitri Medvedevin rəhbərlik etdiyi hökuməti istefaya göndərib. Görülən işlərə görə Medvedevlə komandasına təşəkkür edib və yeni bir kabinet formalaşana qədər vəzifələrini yerinə yetirməyi tapşırıb.
Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin yeni Baş Nazir olacağı gözlənilir. Onun bu vəzifəyə namizədliyini Vladimir Putin təklif edib. Bildirilir ki, Mişustin təklifi qəbul edib və onun namizədliyi Dövlət Dumasına təqdim edilib.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

