İran XİN: Təyyarənin vurulması siyasiləşdirilməməlidir

Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsinin vurulması siyasi məqsədlər üçün istifadə edilməməlidir.
Bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi deyib.
Təyyarənin vurulması nəticəsində həyatını itirənlərin vətəndaşları olduqları 5 ölkənin Xarici İşlər nazirlərinin Londonda keçirilən görüşünə münasibət bildirən İran XİN sözçüsü bəzi açıqlamaların, hətta iclasın keçirilməsinin belə qəribə olduğunu bildirib.
“İran İslam Respublikası doğmalarını itirən ailələrin ağrılarını sakitləşdirmək üçün göndərilən nümayəndə heyətləri ilə çox sürətli və səmərəli əməkdaşlıq edir. Meyitlərin şəxsiyyəti müəyyənləşdirilib və bütün tərəflərin iştirakı ilə texniki araşdırmalar aparılır. Bu araşdırmalar qanun çərçivəsində İranın bütün müvafiq institutları tərəfindən müəyyən nöqtəyə qədər davam edəcək”, - deyə o, vurğulayıb.
Qeyd edək ki, 5 ölkənin Xarici İşlər nazirlərinin yanvarın 16-da Londonda keçirilən görüşündən sonra mətbuat konfransında Kanadanın Xarici İşlər naziri Fransua-Filip Şampan Kanada, Ukrayna, Əfqanıstan, İsveç və İngiltərənin İran hakimiyyəti ilə şəffaf bir şəkildə işbirliyinə ümid etdiyini deyib.
Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsinin yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğraması barədə məlumat yayılıb. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.
Daha sonra İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı Ukraynaya mәxsus tәyyarәnin sәhvәn vurulduğu ilə bəyanat yayıb. Bәyanatda qeyd olunub ki, İranın İraqda ABŞ hәrbi bazasına hücumu vaxtı vә sonrakı saatlarda ABŞ hәrbi tәyyarәlәrinin uçuşları artıb. İranın İmam Xomeyni hava limanından havaya qalxan tәyyarәnin qәfil dönüş etmәsi İran İslam İnqilabı Keşikçilәri Korpusunun hәssas mәkanlarına hücum kimi qiymәtlәndirilib. İran Silahlı Qüvvәlәri Baş Qәrargahı baş verәn hadisә ilә әlaqәdar insan xәtasına görә üzr istәyib.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

