Qadın siyasətçilər məişət zorakılığının “qurbanı oldu”

İtalyan rəssam Aleksandro Palombo məişət zorakılığına qarşı maraqlı aksiya təşkil edib. O, məşhur qadın siyasətçiləri zorakılığa məruz qalmış formada çəkib və həmin plakatları Milan şəhərinin küçələrində asıb.
Rəssamın istəyi ilə Almaniya Kansleri Angela Merkel, ABŞ-ın birinci xanımı Mişel Obama, dövlət katibi Hillari Klinton, Fransanın birinci xanımı Brijit Makron və digərləri məişət zorakılığının “qurbanları olublar”.
Bütün posterlərin yuxarı hissəsində “Sadəcə ona görə ki, qadınam”, aşağı hissəsində isə “Mən məişət zorakılığının qurbanıyam. Mənə az pul verirlər. Mən cinsiyyət orqanlarımdan əməliyyat keçirmişəm. Mənim istədiyim kimi geyinmək haqqım yoxdur. Mən kimə ərə gedəcəyimlə bağlı qərar qəbul edə bilmirəm. Mən zorakılığa məruz qalmışam” cümlələri yer alıb.
Palombonun bu aksiyası birmənalı qarşılanmayıb. Bəzi sosial şəbəkə istifadəçiləri onun bu işini doğru adlandırsa da, digərləri tənqid edib. “Siz zorakılığa məruz qalmış real qadınların üzlərindən istifadə edə bilərdiniz”, - rəssamın İnstaqram izləyicilərindən biri yazıb.
“Bu, mənim hakimiyyətdə olan qadınlara birləşmək və hərəkət etməklərinə dair çağırışımdır”, - deyə Palombo tənqidlərə cavab verib.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

