Norveçdə elektromobillərin satışı kəskin artıb

2019-cu ilin birinci yarısında Norveçdə satılan yeni avtomobillərin təqribən yarısı tam olaraq elektrik mühərrikləri ilə təmin olunub.
"Antenn.az" "AZƏRTAC"-a istinadla xəbər verir. Qeyd olunur ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkədə elektromobillərin satışında kəskin artım müşahidə olunub. Norveç Yol Federasiyasının statistik məlumatlarına görə, indiyədək bütün yeni avtomobillərin 48,4 faizi elektromobillər olub ki, bu da 2018-ci ilin bütün ayları ilə müqayisədə çoxdur. Bu, neft ölkəsi olan Norveçi əhalinin hər nəfərinə görə satılan elektrik avtomobilləri üzrə dünya liderinə çevirib.
Norveç Krallığının iri neft-qaz istehsalçısı və ixracatçısı olmasına baxmayaraq, bu ölkə növbəti onilliyin ortalarında öz daxili bazarında dizel və benzin motorlarının satışını dayandırmaq istəyir. Bunun əvəzinə əhaliyə alternativlər, ilk növbədə elektromobillər təklif olunacaq. Bu məqsədlə elektrik avtomobilləri alacaq şəxslərə vergi güzəştləri, pulsuz parkinq də nəzərdə tutulub. Bundan başqa, həmin avtomobillərin sahibləri ekologiya vergisindən də azad ediləcək. Bütün bu tədbirlər bazarda elektrik avtomobilləri təklif edən Tesla, Nissan, Hyundai kimi şirkətlərin satışlarını artırıb. Bunun əksinə olaraq, Ford və Mercedes-Benz Daimler şirkətlərinin satışları düşüb. Lakin onlar da yaxın vaxtlarda Norveç bazarında elektromobillər təklif edəcəklərini bəyan ediblər.
Qeyd edək ki, Norveç Yol Federasiyasının məlumatına görə, Tesla şirkətinin 3-cü modeli bu ölkədə ən çox satılan avtomobil olub.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

