Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

Dünya İqtisadi Forumu – iki zidd dünyanın toqquşması

Dünya İqtisadi Forumu – iki zidd dünyanın toqquşması

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda əsas mövzular içərisində qlobal iqlim dəyişikliyi ön planda dayanır.

 Məhz bu mövzuda kəskin fərqlənən fikir və maraqlar özünü açıq şəkildə göstərib. ABŞ Prezidenti Donald Tramp və isveçli iqlim aktivisti Qreta Tunberqin çıxışlarında iqlim və qlobal istiləşmə məsələsində hər iki cəbhə israrla öz mövqeyində qalıb. ABŞ dövlət başçısı çıxışında qlobal iqlimə görə şişirdilmiş narahatlığa heç bir əsas olmadığını vurğulayıb və bildirib ki, hər şeyin məhvə doğru getməsindən bəhs edən əbədi müjdəçilər və onların apokalipslə bağlı öngörmələri rədd edilməlidir. Hər şeyi qara görənlər bəşəriyyətin necə də uğursuzluğa düçar olduğunu gördüklərini iddia edirlər. O, “keçmişdən qalma“ “dünyanın sonunu görən avqurlar“ və pessimistlərə qarşı diqqətli olmağa çağırıb.

Qreta Tunberq isə çıxışında yaxın gələcəkdə mavi planeti gözləyən fəlakətlər barədə xəbərdarlıq edərək, siyasi və iqtisadi dairələri təhlükəli fəaliyyətsizlikdə ittiham edib. Onun sözlərinə görə, bu məsələdə artıq hamı - istər sağçılar, istər solçular, istərsə də mərkəzçılər məğlub olub. 17 yaşlı fəal çıxışında qeyd edib ki, bu məğlubiyyət fonunda bizim hamımızın evi hələ də yanmaqdadır. Fəaliyyətsizlik isə bu alovu daha da gücləndirir.

Gənc fəal çıxışında qeyd edib ki, onun təmsilçisi olduğu gənc nəsil yaxın onilliklərdə reallaşacaq yeni texnologiyaların ətraf mühitə verəcəyi xeyri gözləmək niyyətində deyil, bu dəyişikliyin indi baş verməsini tələb edir.

Qeyd edək ki, G7 və G20 zirvə toplantıları, eləcə də iqlim konfransları çərçivəsində qlobal iqlim mövzusunda müşahidə olunan mövqe savaşı Davosdan da yan keçmir. Forumun rəsmi proqramında 69 dəfə iqlim sözünə rast gəlmək mümkün olsa da, bu mövzuda siyasi dividendlərə deyil, konkret fəaliyyətə hesablanan müzakirələrə ehtiyac böyükdür.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi