Fələstin səfirliyi: Trampın təklif etdiyi “əsrin sazişi” faydasız teatr tamaşasıdır

ABŞ prezidentinin təklif etdiyi "əsrin sazişi” faydasız teatr tamaşasıdır və beynəlxalq hüququ kobud şəkildə pozur.
Bunu Fələstinin Azərbaycandakı səfirliyindən ABŞ prezidenti Donald Trampın Yaxın Şərqdəki münaqişənin həll edilməsi üzrə təklifini şərh edərkən bildiriblər.
"Dünya dünən prezident Tramp və baş nazir Netanyahunun çiyin-çiynə verərək beynəlxalq hüquq normalarına açıq hücum şəklində "əsrin sazişi” adlandırılan faydasız teatr tamaşasını qurduğunun şahidi oldu”, - deyə qeyd edən səfirlik BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qəbul etdiyi 160-dan çox müvafiq qətnamənin, həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin qərarının olduğunu xatırladıb.
Qeyd olunub ki, təklif olunan saziş İsrailin ultrasağ hakim ali koalisiyasının ideoloqları tərəfindən layihələndirilib, strukturlaşdırılıb və yaradılıb: “Həmfikir insanlar tərəfindən təhrik və təşviq edilən hazırkı ABŞ administrasiyası da bu ağlasığmaz bəyanatı imzalayır və möhürləyir”.
“Bu saziş anaxronik sionist müstəmləkəçilik hərəkatının tarixi Fələstinin qalıqlarından qanunsuz istifadəni davam etdirməklə bağlı xəyallarını gerçəkləşdirməklə, bununla da Fələstində tarixi şəhərləri və paytaxt Qüdsü ətraf mühitin qalan hissəsindən ayıran İsrailin müstəmləkəçi aparteid sistemini yaradaraq bir növ “quid pro quo” (xidmətə qarşı xidmət) razılaşmasıdır.
Prezident Mahmud Abbas bütün Fələstin siyasi partiyaları və onu dəstəkləyən Fələstin xalqı ilə birlikdə dünən deyib: “Tramp və Netanyahuya söyləyirəm: Qüds satılmır, hüquqlarımız satılmır və heç bir sövdələşmə mövzusu ola bilməz. Sizin sazişiniz, sövdələşməniz keçməyəcək”, - səfirlikdən bəyan ediblər.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

