Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

Donald Tramp respublikaçıların partiya yığıncağında inamlı qələbə qazanıb

Donald Tramp respublikaçıların partiya yığıncağında inamlı qələbə qazanıb

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp dünən respublikaçıların Ayova ştatında keçirilən partiya yığıncağında böyük səs çoxluğu ilə qələbə qazanıb.

Partiyanın Ayova bölməsi müvafiq məlumatı özünün Twitter səhifəsində yerləşdirib. Məlumata əsasən, Trampı partiya üzvlərinin 97,15 faizi dəstəkləyib. Respublikaçılar partiyasından prezidentliyə digər namizədlərin hər biri – İllinoys ştatından sabiq konqresmen, radio şərhçisi Uilyam Cozef Uolş və Massaçusets ştatının sabiq qubernatoru Uilyam Floyd Ueld 1 faizdən azacıq çox səs yığa biliblər. Səsvermədə 32 min nəfərdən çox insan iştirak edib.

Analitiklərin fikrincə, Donald Trampın bu qələbəsi gözlənilən idi. Belə ki, o, Respublikaçılar partiyasından prezidentliyə namizədlik uğrunda mübarizədə qeyd-şərtsiz liderdir.

Bazar ertəsi günü həm respublikaçılar, həm də demokratlar öz yığıncaqlarını keçiriblər. Kokus adlanan bu toplantılarda qarşıdakı partiya qurultaylarında prezidentliyə bu və digər namizədi dəstəkləyəcək nümayəndələr seçilir.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-nə təyin olunub.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi