Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 20:05 - 23:59 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

Ərdoğan Türkiyənin Suriya ilə bağlı yeni strategiyasını açıqladı

Ərdoğan Türkiyənin Suriya ilə bağlı yeni strategiyasını açıqladı

“Türkiyənin Suriya məsələsində bundan sonrakı strategiyasını açıqlamaq istəyirəm. "Adana razılaşması" Türkiyəyə lazım gələrsə Suriya ərazisində əməliyyat keçirmək hüququ verir. Bəziləri "Suriya ərazisində nə işiniz var, sizi ora kim dəvət etdi?" deyirlər. ABŞ-ı da dəvət etmədilər. Amma bizim əlimizdə "Adana razılaşması" kimi sənəd var. "Türkiyənin Suriyada nə işi var" deyənlər ya qatildir, ya da bu millətin düşmənləridir”.

Bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) qrup toplantısında səsləndirib.

Onun sözlərinə görə, Türkiyə Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsindən uzaq durmaq üçün illərlə səbr etdi: "Rejimin hücumlarından qaçan suriyalı qardaşlarımıza qapılarımızı açmaqda tərəddüd etmədik. 2015-ci ildən etibarən Suriyadakı böhran tamamilə nəzarətdən çıxdı”, - o qeyd edib.

Ərdoğan ölkəsinin İdlibdə 8 şəhid verməsinə də toxunub: “Bu hücum Suriyanın yeni bir dönəminin başlanğıcıdır. Türkiyə əsgərinin qanının axdığı bir yerdə heç bir şeyin eyni vəziyyətdə davam etməsinə icazə verməyəcəyik”.

“Rusiyadan yeganə gözləntimiz Suriyadakı həssaslığımızı anlamasıdır. Dünən axşam Putinlə danışdım. Suriya və Liviyadakı gözləntilərimizi ona söylədim. Danışıqlardan sonra onunla görüşəcəyik. Suriyada ABŞ, Rusiya, İran və koalisiya adı altında bəzi Avropa ölkələri var. Suriyada bəzi Körfəz ölkələri da var. PKK terror təşkilatı, İŞİD-in qırıntıları da var. Suriyada hər kəs var. Əlbəttə, Türkiyə də olacaq!”, - dövlət başçısı vurğulayıb.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi