Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

Böyük Britaniya 2030-cu ilədək siqaretçəkmədən imtina etmək niyyətindədir

Böyük Britaniya 2030-cu ilədək siqaretçəkmədən imtina etmək niyyətindədir

Böyük Britaniya hakimiyyəti “2020-ci illərdə əhalinin sağlamlığının yaxşılaşdırılması üzrə Konsepsiya”nı təqdim edib. Konsepsiyanın başlıca məqsədi 2030-cu ilədək ölkədə siqaretçəkmədən tam imtina, əsas problemi isə siyasətlə bağlıdır. Konsepsiya hökumət dəyişikliyinə bir neçə saat qalmış dərc edilib.

Böyük Britaniya dünyada tütünə qarşı ən sərt qanunların tərəfdarı olan ölkələrdən biridir. Hələ 1985-ci ildə bu ölkədə siqaretin televiziyalarda, 2003-cü ildə - reklam lövhələrində reklamı qadağan edilib; 2005-ci ildən isə tütün şirkətlərinin ictimai tədbirlərin və idman yarışlarının sponsorları olmalarına qadağa qoyulub.

2007-ci ildə Böyük Britaniya dünyada ilk dəfə olaraq ictimai yerlərdə - restoran və kafelərdə siqaretçəkməni qadağan edib. Ölkənin bütün hava limanlarında siqaretçəkənlər üçün ayrılan yerlər ləğv olunub. Elə həmin il hakimiyyət orqanları siqareti ala biləcək şəxslərin yaş həddini 16-dan 18-ə qaldırıb.

2010-cu illərdə daimi olaraq ölkədə “Stoptober”ə bənzər, siqaretdən bir ay müddətinə imtina edib, daha sonra nəticəyə baxmaq kimi kampaniyalar keçirilib. 2016-cı ildə bütün siqaretlər eyni yaşıl rəngdə qutularda satılıb. Qutunun böyük hissəsini isə tütünün zərəri barədə xəbərdarlıq tutur.

Bir qutu siqaretin qiyməti ildə 30-80 faiz arası artır. Hazırda orta hesabla 10 funta bərabərdir. Ekspertlər 2020-ci illərin əvvəlində bir qutu siqaretin dəyərinin 20 funta çatacağını istisna etmirlər.

Hökumətin sənədində deyilir ki, bu tədbirlərin məcmusu 30 il ərzində siqaretçəkənlərin sayını iki dəfə azaltmağa kömək edib. 2011-ci ildə əhalinin təxminən 19 faizi siqaret çəkirdisə, bu faiz 2018-ci ildə 14,4 olub. Bu, hər altı böyük adamdan biri deməkdir. (müqayisə üçün deyək ki, Rusiyada müxtəlif tədqiqatların nəticələrinə görə, əhalinin 36-39 faizi siqaret çəkir).

Bununla belə, konsepsiyada qüvvədə olan tədbirlərin azlığı vurğulanır. Siqaretçəkənlər əksər hallarda xərçəngdən, insult və ürək xəstəliklərindən dünyasını dəyişir.

Konsepsiya müəlliflərinin hesablamalarına görə, Böyük Britaniyada siqaretçəkənlərin 5,9 faizi tütünün vurduğu ziyan nəticəsində əmələ gələn xəstəliklərə tutulurlar. Belə xəstəliklərə daha çox tutulanlar yalnız çəki artıqlığından əziyyət çəkənlərdir.

Siqaretçəkmə psixoloji problemi olan insanlar arasında daha çox populyardır. Milli Səhiyyə Xidmətinin göstəricilərinə görə, həkimə depressiya və ya təhlükəli pozuntularla bağlı müraciət edən hər üçüncü pasiyent siqaret çəkir.

Sənəddə hələlik ən ümumi tədbirlər qeyd edilib ki, bunlar barədə də hökumət ölçü götürməlidir. Bu, bütün mediada tütün əleyhinə aparılan fəal kampaniyadır. Dövlət xəstəxanalarına düşən siqaretçəkənlərə əsas xəstəliyin müalicəsi ilə yanaşı siqareti atmaqda yardım da təklif ediləcək.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi