Alkoqoldan zəhərlənən caz kraliçası - Emi Vaynhaus

Emi Vaynhaus - əsrarəngiz səs və möhtəşəm caz qırtlağı, qısa musiqi kariyerasında mükafat yağışına tutulan iki albom və unudulmaz mahnıları ilə sevənlərinin yaddaşındadır.
Sensasiyalı həyatı, böyük eşqi, qabarıq saçları, vintaj tərzli geyimi, çılğın döymələri, modern “pin-up” tərzi ilə tarixə keçən müğənni 27 yaşında vəfat edib.
Bu gün sənətçinin ölümünün 8-ci ildönümüdür.
14 sentyabr 1983-cü ildə dünyaya gələn müğənninin ilk albomu “Frank” adlandırılıb. Üç il sonra – 2006-cı ildə “Back to black” albomu ilə tamaşaçıların qarşısına çıxan “Ən yaxşı yeni sənətçi”, “İlin mahnısı”, “İlin ən yaxşı albomu” nominasiyaları üzrə “Grammy” mükafatlarına namizəd olub və beş mükafat qazanıb.
Emiyə həyatında problemlər yaradan isə içki və narkotik düşkünü olması idi. Onu bu düşkünlüyə isə həyat yoldaşı Bleyk Filder cəlb etmişdi. Emi açıqlamalarında “Mən soyadım kimiyəm (şərab evi)” deyə, içki düşkünü olmağından bəhs edirdi.
Uzun illər problemləri ilə medianın gündəmindən düşməyən ifaçı 2011-ci ildə evində ölü tapılıb.
Ölümünün səbəbi isə alkoqoldan zəhərlənmə deyə, göstərilib.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

