Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 20:05 - 23:59 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

Senat Trampın İran üzrə səlahiyyətini məhdudlaşdırmaq niyyətindədir

Senat Trampın İran üzrə səlahiyyətini məhdudlaşdırmaq niyyətindədir

ABŞ Senatı cümə axşamı prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatların aparılması səlahiyyətlərinin məhdudlaşdırılması üzrə qətnaməni bəyənmək niyyətindədir.

Bu barədə  “Politico” nəşri xəbər verir.

Nəşr bildirib ki, artıq bunun üçün respublikaçıların da lazımi miqdarda səsi var.

"Hərçənd bu təşəbbüs Trampın ehtimal edilən vetosunu ləğv etmək üçün çətin ki, kifayət qədər dəstək alacaq, bununla belə onun Senatda gözlənilən keçidi Konqresin prezidentin icra hakimiyyətini cilovlamağa nadir cəhdini təsvir edir", - “Politico” nəşri bildirib.

Nəşr qeyd edib ki, demokratların 47 səsində əlavə qətnaməni respublikaçılar - Syuzan Kollinz, Tod Yanq, Mayk Li, Rend Pol, Djerri Moran da dəstəkləmək niyyətindədir.

Sənəd demokrat Tim Keyn tərəfindən müzakirəyə çıxarılıb. Qətnamənin mətni Trampı İrana qarşı yönəldilmiş bütün düşmən hərəkətlərini 30 gün ərzində qurtarmaq öhdəliyi qarşısında qoyur.

Daha əvvəl ABŞ Nümayəndələr Palatası da analoji qətnaməni qəbul edib. Lakin sənədin qanuni qüvvəsi yoxdur. Senat tərəfindən baxılan sənəd isə struktur və mətn üzrə fərqlənir. Bununla belə, onun da aqibətinin müvəffəqiyyətlə nəticələnəcəyi inandırıcı görünmür. Çünki Tramp sənədi bəyənmək niyyətində deyil. O, artıq qətnaməni tənqid edib. 

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi