Niyə kişilər daha çox koronavirusa yoluxur?

“İzvestiya” araşdırmalara və ekspert rəyləri xəbər yayıb ki, kişilər koronavirusa qarşı daha həssasdır.
Belə ki, Çin Milli Səhiyyə Komissiyası ölkə xəstəxanalarında ilk ölümlərin yaş-cins tərkibini təhlil edib və koronavirusdan ölənlərin üçdə ikisinin kişilər olduğunu müəyyən edib.
Rusiyalı mütəxəssislər bunu kişilərin daha çox siqaret çəkməsi ilə bağlı olduğunu bildirib.
Daha bir versiyada isə bu, kişilərin xəstəliklərə qarşı genetik dözümsüzlükləri ilə əlaqələndirilib.
Rusiya Xalqlar Dostluğu Universitetinin Hi-Clinic Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinin müdiri Danila Konnov kişilərdə virusa yoluxma ehtimalının çox olmasını onların sosial aktivliyi ilə əlaqələndirib. Onun sözlərinə görə, Çində kişilər daha çox ünsiyyətdə olurlar və bir-biriləri ilə görüşəndə əl sıxırlar. O həmçinin, qadınların tibbi yardım üçün daha az müraciət etmələrinin də statistikaya təsir edə biləcəyini ehtimal edib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Federasiyasının Səhiyyə Nazirliyi “Koronavirus 2019-nCoV”un daha çox 35-50 yaşlı kişilər üçün təhlükəli olduğu barədə məlumat yaymışdı. Bildirilmişdi ki, virusun bu ştammı irqindən və sosial vəziyyətindən asılı olmayaraq, 35-50 yaşlarında olan kişilər üçün daha böyük təhlükə yaradır – məhz onlar ölənlər və yoluxanlar arasında mütləq əksəriyyəti təşkil edir. Uşaqlar və hamilə qadınlar isə demək olar ki, yoluxmurlar.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

