Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 20:05 - 23:59 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, fevralın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağıntılı keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 5-8, Bakıda gecə 0-2, gündüz 5-7 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 774 mm civə sütünuna yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi