Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

İsveç əhalinin siqaret çəkmədiyi ilk ölkə olmağa səy göstərir

İsveç əhalinin siqaret çəkmədiyi ilk ölkə olmağa səy göstərir

İsveçdə insanların siqaret çəkə bildikləri yerlər növbəti dəfə qanunvericilik çərçivəsində məhdudlaşdırılıb.

Siqaretçəkmə barlarda, restoranlarda və digər qapalı məkanlarda artıq 2005-ci ilin mayından qadağan edilib. Lakin indi İsveç ictimai yerlərdə siqaretçəkməyə aid olan yeni qanunları tətbiq etməklə, ölkənin siqaretçəkmədən tam azad olmasına doğru addım atır.

"Antenn.az" "AZƏRTAC"-a istinadla xəbər verir ki, iyulun 1-dən isveçlilər bəzi ictimai yerlərdə - uşaq meydançalarının, vağzalların, avtobus və dəmir yolu stansiyalarının, hətta restoran və barların yaxınlığında siqaret çəkə bilməyəcəklər. Qanuni şəkildə qadağa həm ənənəvi, həm də elektron siqaretlərə aid edilir.

Avropa İttifaqının statistik göstəricilərinə görə, İsveç istifadə səviyyəsinə görə gündəlik siqaretçəkənlərin ən az olduğu ölkədir. Sonuncu tədbir isə Baş Nazir Stefan Lofvenin İsveçi 2025-ci ilədək siqaretçəkmədən tam azad olan ölkəyə çevirmək məqsədinin bir hissəsidir.

Bununla yanaşı, qanun müxalifətlə qarşıdurma yaradıb. Siqaret çəkən Niklas Kvarnström “Facebook”da açıq havada siqaretçəkməyə qoyulan qadağaya qarşı qrup yaradıb. O, qanunun sərtləşdirilməsinə qarşı kiçik etiraz aksiyası təşkil edib. “TT” xəbər agentliyinə müsahibəsində Niklas Kvarnström siqaret tüstüsünün onları narahat etməsini istəməyən insanları başa düşdüyünü bildirib. Lakin, eyni zamanda, Kvarnström hesab edir ki, problem təkcə dövlət hökmü ilə deyil, digər yollarla da həll oluna bilər.

İsveçin Səhiyyə İdarəsi, öz növbəsində, dəyişiklik edilən qanunvericiliyə insanların sağlamlığının mühafizəsi, həmçinin passiv siqaretçəkmə riskinin aşağı salınması naminə atılan mühüm addım kimi baxır.

 

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi