Bakı
20.03° Buludlu
Ekspert
İndi Efirdə 19:05 - 20:00 Azər Bəyin təqdimatında
USD - AZN
EUR - AZN

Azərbaycanda güzəştli mənzillərin əldə edilməsi imkanları genişləndirildi

Azərbaycanda güzəştli mənzillərin əldə edilməsi imkanları genişləndirildi

Azərbaycan Respublikası Prezidentinin 2020-cı il 13 fevral tarixli 935 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli və “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2018-ci il 7 fevral tarixli 1819 nömrəli fərmanlarında dəyişiklik edilib. 

Bu barədə  Mənzil İnşaatı Dövlət Aghentliyinin (MİDA) məlumatına əsasən xəbər verir.

Məlumatda deyilir ki, qanunvericilikdə edilmiş bu dəyişikliyin əsas məqsədi mənzillərin əvəzləşdirilməsinə yol verilən halları aradan qaldırmaqla elektron kabineti olan digər şəxslərin güzəştli mənzil əldə etmək imkanlarını daha da genişləndirməkdir.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na əsasən mənzilləri güzəştlə əldə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər. Hazırda “Güzəştli mənzil” sistemində elektron kabinet verilmiş şəxslərin sayı 14 mindən çoxdur.

Qeyd edək ki, Agentliyin ilk layihəsi Yasamal Yaşayış Kompleksində mənzillərin satışı başa çatdırılmış və bugünədək 1600-dən çox ailə güzəştli mənzilə sahib olub.

Yaxın vaxtlarda Agentliyin növbəti layihəsi olan Hövsan Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı elan veriləcək.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi