Bakı
20.03° Buludlu
Ekspert
İndi Efirdə 19:05 - 20:00 Azər Bəyin təqdimatında
USD - AZN
EUR - AZN

Çempionlar Liqası: “Atalanta”dan darmadağın, “Tottenhem”dən gözlənilməz məğlubiyyət -

Çempionlar Liqası: “Atalanta”dan darmadağın, “Tottenhem”dən gözlənilməz məğlubiyyət -

Bu gecə Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində iki görüş keçirilib.

 “Atalanta” Milanda İspaniyanın “Valensiya” klubunu qəbul edib. Londondakı matçda isə “Leyptsiq” “Tottenhem”in qonağı olub. 

"Cüzeppe Meatsa" stadionunda keçirilən “Atalanta” “Valensiya” matçında ilk hesabı meydan sahiblərinin futbolçusu açıb. Belə ki, 16-cı dəqiqədə Hans Hatebur rəqib komandanın qapısına yol tapıb. 

İkinci qol da “Atalanta”nın hesabına yazılıb. 42-ci dəqiqədə Yosip İliçiç fərqlənib. 57-ci dəqiqədə Remo Froyler hesab arasındakı fərqi üçə çatdırıb. Beş dəqiqə sonra isə Hans Hatebur dubl edib - 4:0.

“Valensiya” klubu yalnız 66-cı dəqiqədə vurulan toplardan birinin əvəzini çıxa bilib. Denis Çerışev topu rəqib qapısından keçirib.

“Leyptsiq” “Tottenhem” qarşılaşmasının birinci hissəsində isə hesab açılmasa da üç futbolçu sarı vərəqə alıb. Hesab yalnız ikinci hissədə, sarı vərəqə alan Timo Vernerin zərbəsi ilə açılır. 

“Leyptsiq”in futbolçusu meydan sahiblərini 58-ci dəqiqədə məyus edib. Verner türkiyəli referi Cüneyt Çakırın təyin etdiyi penaltini dəqiq yerinə yetirib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb.

Cavab görüşləri martın 10-da keçiriləcək.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi