" Bakı məndə musiqi, sevgi və sevinclə assosiasiya yaradır"-Leyla Əliyeva

İyulun 25-də Bakıda “Sea Breeze Resort” istirahət mərkəzində “Jara-2019” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının qırmızı xalı üzərindən keçidi olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Jara-2019”un fəxri qonaqları arasında olub.
Aparıcının “Musiqi dünyanı daha gözəl edir. Necə fikirləşirsiniz, bu il daha yaxşı olacaq?” sualına cavabında Leyla Əliyeva deyib:
- Fikrimcə, ildən-ilə daha yaxşı olur. Dünya yaxşılaşır. İnşallah, hər şey həddən artıq yaxşı olacaq.
- Çox sağ olun. Ən sevimli mahnınız hansıdır? Siz onu eşidəndə dərhal zümzümə edirsinizmi?
- Hər dəfə müxtəlif cür olur. Son vaxtlar mən meditasiyada sufi musiqisini dinləyirəm. Ancaq bilmirəm niyə. Bu, sadəcə qeyri-reallıqdır. Ümumiyyətlə isə Faiq Ağayevi çox bəyənirəm. Əfsuslar olsun ki, o, bu gün çıxış etmir. Onun “Sən gəlməz oldun” mahnısı çox xoşuma gəlir.
- Leyla xanım, bəs Bakı sizdə hansı mahnı ilə assosiasiya yaradır?
Leyla Əliyeva: Bizim o qədər mahnılarımız var ki... Bakı məndə musiqi, sevgi və sevinclə assosiasiya yaradır. Əlbəttə ki, Müslüm Maqomayevin “Azərbaycan”ı nömrə birdir. Bəli. Ümidvaram ki, bundan sonra daha çox musiqi olacaq. Çünki bizim xalqımız musiqi qabiliyyəti olan xalqdır. Musiqi isə ürəkdən gəlir, yaradandan gəlir. Yaradıcılıq sözü “yaradan” sözündəndir. Mənə elə gəlir ki, bu, dünyanı daha yaxşı edir.
- Zəhmət olmasa deyin, bu gün hamı “Jara” festivalının ruhundan danışır. Sizcə festivalın ruhu nədədir?
- Əlbəttə ki, insanlardadır, sizin enerjinizdə, sizin sevginizdədir. Sizin düşüncələrinizdə və Azərbaycandadır. Sağ olun.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

