Ərdoğan: “Azərbaycanın inkişafına fayda verməyə davam edəcəyik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə yola düşməzdən əvvəl Ankaranın Esenboğa hava limanında mətbuat konfransı keçirib.
O, jurnalistlərin səfərlə bağlı suallarını cavablandırıb.
“Ölkəmizin Azərbaycanda qoyduğu sərmayələr 11 milyard ABŞ dollarına çatır. Azərbaycanın ölkəmizdəki investisiyasının bu ilin sonunadək 20 milyard ABŞ dollarına çatacağını gözləyirik. Azərbaycanın inkişafına bundan sonra da fayda verməyə davam edəcəyik”, - R.T.Ərdoğan bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci Toplantısı” ilə əlaqədar bu gün Azərbaycana rəsmi səfər edəcək.
Şura toplantısında Azərbaycan-Türkiyə münasibətləri hərtərəfli nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə ediləcək. Görüşdə ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər haqqında da fikir mübadiləsinin olacağı güman edilir. Bundan başqa, səfər çərçivəsində müxtəlif anlaşma və sazişlərin imzalanması gözlənilir.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

