Bu ölkədə əhalinin sayı 27 nəfərdir- Dünyanın ən sirli yerləri

Qələbəlikdən və xaosdan bezib, səssiz və rahat məkanlarda dincəlmək, eyni zamanda, yeni şeylər kəşf etmək istəyənlər üçün dünyanın ən az əhaliyə sahib 10 ölkəsinin siyahısını hazırladıq.
Nauru
Siyahının ilk pilləsində Nauru yer alır. Avstraliyanın şimal-şərqində yerləşən ölkənin 10 min əhalisi var. Nə qədər rahat və təbii məkanları olsa da, Naurunu turistik yer olduğunu söyləmək çox da doğru olmaz. Çünki ölkədə nəqliyyat problemi var.
Montserrat
Əhalisinin sayı 4000-6000 arasında dəyişən Montserrat vulkanlar ölkəsidir. Əhalisinin sayının tez-tez dəyişməsi məhz bu səbəbdəndir. Ölkənin adı “dik dağ” mənası verir. Bu torpaqları 1792-ci ildə məşhur səyyah Xristofor Kolumb kəşf edib.
Müqəddəs Yelena
Siyahının üçüncü pilləsində Müqəddəs Yelena adası yer alır. Atlantik okeanın cənubunda yerləşən bu vulkanik döşəməli ada Böyük Birtaniyanın nəzarətindədir. İlk dəfə 1502-ci ildə dənizçilər tərəfindən kəşf ediləndə Müqəddəs Yelenada həyat əlamətləri olmayıb. 2008-ci il sayımlarına görə ölkədə 4255 nəfər yaşayır. Əsrlər boyunca dənizçilərə böyük köməkçi olan ada sürgün məqsədilə də istifadə edilib. Adaya sürgün edilənlərdən ən məşhuru Napaleon Bonapartdır.
Folklənd adaları
Pataqoniyanın 480 km şərqində yerləşən Folklənd arxipelaqında 776 kiçik adadan ibarət ölkədir. Daxili işlərində sərbəst olsa da, xarici işlər və müdafiə məsələlərində Böyük Britaniyaya bağlı olan ölkənin əhalisi 2012-ci ildə 2932 nəfər olub. Xalq qoyunçuluq və balıq ovçuluğu ilə məşğuldur. İlk dəfə 1600-cü illərdə holland əsilli Sebald de Viirt tərəfindən kəşf edildiyi bildirilib.
Niue
Sakit okeanın cənubunda yerləşən və adalardan ibarət Niue dünyanın ən az əhalisinə sahib ölkələrdən biridir. Sahib olduğu təbiətin gözəlliyi ilə diqqət çəkən Niueyə səyahət etmək olduqca çətindir. Lakin Yeni Zelandiya və ya Avstraliyadan keçərək getmək mümkün ola bilər. 2016-cı il təxminlərinə görə. Ölkədə 1624 nəfər yaşayır. Ada 19-cu əsrdə kəşf edilib.
Tokelau
1411 nəfərlik əhaliyə malik Tokelau Sakit Okeanda Yeni Zelandiyanın asılılığında olan ölkədir. 1948-ci ildə qurulan monarxiya sistemi ilə idarə olunur.
Vatikan
Xristianlıq dininin katolik məzhəbinin mərkəzi olan Vatikanın şəhər və ya ölkə olduğu müzakirəli mövzudur. Çünki Vatikan əslində İtaliyanın Roma şəhərində yerləşir. Əhalisi 500 nəfərə yaxındır.
Pitkairn adaları
Havay adalarına 3500 km məsafədə yerləşən Pitkairn adaları Sakit okeanda kiçik bir topluluqdan ibarətdir. Ən qədim məskunlaşma izləri 11-ci əsrə aiddir. Əhalisinin sayı 50 nəfərdir. Adada sadəcə dəniz quldurları yaşayır. 1808-ci ildə balina ovçuları tərəfindən kəşf olunan ada daha sonra limana çevrilib.
Silənd
Sosial mediada fotolarına rast gəlmə ehtimalı olduqca çoxdur. Əhalisinin sayı 27 nəfərdir. 550 kubmetr yerə sahib Silənd II Dünya Müharibəsi zamanı alman təyyarələrinin qarşısını almaq üçün İngiltərə tərəfindən dəniz qalası kimi inşa edilib. Rəsmi dili ingiliscədir.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

