Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Ankarada Prezident Adminstrasiyasında Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən təcili toplantı 6 saat çəkib.
İclas haqqında açıqlama verilməyib.
Prezident Adminstrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun yazılı açıqlamasında bildirib ki, Suriyada yüz minlərlə suriyalının ölümündə rejim hakimiyyəti günahkardır və Türkiyə bu məsələdə mübarizəsindən əl çəkməyəcək.