Kənd yerlərində rəsmi nikah olmadan doğulan uşaqların say göstəricisi yüksəlib

2017-ci ildə kənd yerlərində hər 5-ci uşaq, şəhər yerlərində isə hər 8-ci uşaq rəsmi nikah olmadan doğulub. Bu haqda məlumat Bakı Araşdırmalar İnstitutunun (BAİ) 2008-2017-ci illərdə ölkənin şəhər və kənd yerlərində rəsmi nikahsız doğulan uşaqların payının dəyişməsi ilə bağlı yayımladığı infoqrafikada yer alıb.
Nəticələrə nəzər yetirdiyimiz zaman görürük ki, 2008-2017-ci illərdə kənd yerlərində rəsmi nikah olmadan doğulan uşaqların payı 11,7%-dən 19,6%-ə artıb, şəhər yerlərində isə 12,5%-dən 11,8%-ə azalıb.
Belə ki, son 10 illik göstəricilərə əsasən şəhər yerlərində rəsmi nikah olmadan doğulan uşaqların sayı 11,7% azaldığı halda kənd yerlərində bu rəqəm 59,5% yüksəlib.
Ekpert Samir Əliyev məsələylə bağlı manasibətində bildirib ki, ötən əsrin 70-ci, 80-ci, 90-cı illərində rəsmi nikah olmadan doğulan uşaqların payı 3-4%-dən çox deyildi:
“Yəni hər doğulan 100 körpənin 3-4-ü nikahsız idi. İndi bu rəqəm 15-16%-ə yüksəlib. Kənd yerlərində hətta vəziyyət daha qəlizdir. Görəsən səbəb nədir? Sovet dövrü insanlarımız qanuna çox əməl edirdilər yoxsa o vaxt statistika daha çox saxtalaşdırılırdı? Bəlkə sovet vaxtı molla kəbininə az önəm verilirdi? Bəlkə şəhərdə təhsil daha güclüdür və ya ASAN xidməti var? Hər bir halda suallar çoxdur. Reallıq odur ki, kənd yerlərində hər 5-ci körpə nikahsız doğulur.
Vəziyyətin bu həddə gəlib çatmasına çox təəssüf edirəm. Bunun, məncə, bircə yolu var - yüksək təhsil. Əks halda cəmiyyət olaraq uzun müddət bu tip halların ağır fəsadlarını yaşayacağıq”.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

