Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

“Agent 007”nin avtomobili hərraca çıxarılacaq

“Agent 007”nin avtomobili hərraca çıxarılacaq

Ceyms Bond haqqında filmlərin pərəstişkarları pul yığırlar. “Agent 007”nin əfsanəvi avtomobili avqust ayında hərraca çıxarılacaq.

Söhbət “Aston Martin” markalı dörd avtomobilin birindən gedir. Tamaşaçılara bu avtomobil “Bondiananın” ilk filmlərindən – “İldırım” və “Qoldfinger”dən tanışdır.

 Təşkilatçılar avtomobildə “casus” funksiyalarının hələ də işlək vəziyyətdə olduğunu təsdiqləyirlər. “Sotheby's” hərrac evinin avtomobillər üzrə mütəxəssisi Barni Rupreçt deyib: “Bu nəqliyyat vasitəsi 13 funksiya ilə təchiz edilib: irikalibrli pulemyotdan başlayaraq katapultlu kresloyadək. İrəlidəki mexanizmin köməyi ilə nömrələri dəyişmək mümkündür ki, bu da sürətin artımına görə yazılan cərimədən sizi xilas edəcək. 30 santimetr irəli çəkilən hidravlik porşenlər rəqibinizi yoldan itələyib çıxara bilər. Fənərlərin altında xüsusi quraşdırılmış pulemyotlar gizlədilib. Əlbəttə ki, avtomobil katapultlu kreslo ilə təchiz edilib. Bu, arzuolunmaz sərnişinlərdən yaxa qurtarmağa imkan verir. Həmçinin avtomobildə təkəri deşmək üçün qurğu quraşdırılıb, burada siz məşhur gülləkeçirməz sipər, yağ püskürdücü, ört-basdır edilmə üçün tüstü generatoru, nömrələri fırladan və yola mismar tökən qurğunu görə bilərsiniz.

Avtomobilin içində əsl komanda mərkəzi yerləşir: 1965-ci ildə hələ mövcud olmayan mobil telefon, katapultlu kreslonun düyməciyi, həmçinin xüsusi fırlanan antenaya malik naviqasiya sistemi. Ən başlıcası isə bütün bu qacetlər işlək vəziyyətdədir.

Beləliklə, bu maşın bütün dövrlərin ən tanınmış nəqliyyat vasitələrindən biridir. O, “Dünyanın ən məşhur avtomobilləri” kitabında xatırladılır. Kino və reklam haqqında fikirləşəndə mənim ağlıma gələn ilk təsəvvür bu nəqliyyat vasitəsidir. Ceyms Bond haqqında silsilə filmlər ən çox yaddaqalandır. Bu model isə dünyanın ən məşhur avtomobilidir”.

Son 50 il ərzində əfsanəvi avtomobil üç dəfə sahibini dəyişib. Avqustun 15-də avtomobil Kaliforniyanın Monterey şəhərində “Sotheby's” hərrac evi tərəfindən satışa çıxarılacaq.

Ceyms Bondun idarə etdiyi avtomobil ekspertlərin ilkin fərziyyələrinə görə, hərracda 6 milyon dollara satıla bilər.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi