Britaniyalı turistlərə Türkiyənin ən görməli məkanlarının siyahısı təqdim edilib

“The Telegraph” britaniyalı turistlərə Türkiyədə ən maraqlı yerlərin siyahısını təqdim edib. Bu siyahıda birinci yeri Fəthiyyə kurortunun 70 kilometrliyində yerləşən Patara tutub. Patara antik Likiya ərazisində yerləşən eyniadlı şəhərin xarabalıqlarıdır. Burada əsasən Roma İmperiyası dövrünə aid çoxsaylı antik abidələr zəmanəmizə qədər gəlib çıxıb. Türkiyənin ən uzun çimərliyi də burada yerləşir.
İkinci yeri Egey dənizi sahilində yerləşən Bodrum kurortu tutub. Üçüncü yerdə Ölüdəniz buxtası gəlir. Bu buxta da Fəthiyyə kurortu yaxınlığında yerləşir və Türkiyə kurortları arasında turistlərin şəkil çəkdirməyə ən çox can atdıqları məkanlardan biridir.
Dördüncü yeri Pataradan şərqdə yerləşən Kalkan kurortu tutub. Kalkan bakirə təbiətli səfalı məkandan avropalıların dəbdəbəli villalarının yan-yana düzüldüyü kurorta çevrilib. Beşinci yerdə Antalya qərarlaşıb və turistlərin əksəriyyətinə onu tanıtmağın heç bir lüzumu yoxdur.
Sonra ardıcıllıqla turistlərin yaxşı tanıdığı digər kurortlar gəlir: Side (6), Alaniya (7) və Çeşmə (8). Doqquzuncu yerdə qərarlaşan Dalyan avropalı pensiyaçılar arasında ən populyar yerdir. İlk onluğu Kəmərdə çınqıllı çimərliyi və ekoloji istirahət imkanları ilə məşhur olan Çıralı qəsəbəsi tamamlayır.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

