Yeni yaradılan süni intellekt uşaq və yeniyetmələrin intiharına imkan vermiyəcək

Tədqiqatçılar elektron poçt, SMS, “Snapchat”, İnstaqram və “WhatsApp” onlayn xidmətləri araşdıraraq uşaq və yeniyetmələri intihardan qoruyan süni intellekt hazırlayıblar.
Əslində internetdəki fəaliyyəti araşdıraraq şəxsin siyasi baxışlarından tutmuş qida və cinsi istəklərinə qədər çox şeyi öyrənmək mümkündür. Sosial şəbəkələrdə insan davranışını təhlil edən, alkoqol, tütün və ya narkotikdən asılı olduğunu yüksək dəqiqliklə müəyyən etməyə imkan verən statistik alqoritmlər mövcuddur. “Bark.us” vasitəsilə aparılan statistik təhlilin məqsədi uşaqların danışığını elektron poçtlardan, SMS və sosial platformalardan izləyərək, onların kiberbulinqdən, intihardan, mümkün depressiyalardan əziyyət çəkib-çəkmədiyini öyrənməkdir. Burada, həmçinin cinsi təcavüz və narkotik istifadəsi də qeyd olunur.
Təşviş əlamətləri hiss olunduqda valideynlərə elektron poçt vasitəsilə xəbərdalıq edilir, sonra isə hansı addımı atmaq haqqında məsləhətlər verilir. Tərtibatçıların sözlərinə görə, 500 milyondan çox mesajı təhlil etdikdən sonra süni intellekt vasitəsilə təxminən 25 uşaq xilas olunub.
2015-ci ildən alqoritm işə başlandığı vaxtdan minlərlə valideynə “narahatlıq” bildirişi göndərilib. Direktor Brayan Bason bildirib ki, valideyinlər bu xəbərdarlqdan çox məmnun qalıblar.
“Bark.us” xidmətinə abunə olmaq bir ailəyə aylıq 9 dollara, illik 99 dollara başa gəlir. Şirkət doqquz işçidən ibarətdir və Atlantda, Corciniyada yerləşir.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

