Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda ictimai çimərliklər yaradılır

Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda ictimai çimərliklər yaradılır

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində ictimai çimərliklərin yaradılmasına başlanıb.

Paytaxt sakinləri, eləcə də şəhərimizin çoxsaylı qonaqlarının istək və arzularını, onların IDEA İctimai Birliyinə müraciətləri nəzərə alınaraq birliyin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olaraq ictimai çimərliklərin yaradılmasına start verilib.

İlk olaraq belə çimərlik Səbail rayonunda, “Şıx” çimərlik ərazisındə, Salyan yolu 32 ünvanında (Bakı Şəhər Baş Gömrük İdarəsi ilə üzbəüz) dəniz kənarında 6 ha sahədə yaradılıb. Əvvəllər baxımsız vəziyyətdə olan ərazi təmizlənərək abadlaşdırılıb, burada 60 ədəd kölgəlik, 6 yerdə soyunub-geyinmə kabinələri, 2 yerdə duş, 2 yerdə ikikabinəli sanitariya qovşağı, istirahətə gələn vətəndaşların nahar etmələri üçün 2 ədəd söhbətgah quraşdırılıb, futbol və voleybol meydançaları yaradılıb, dəniz kənarına uzanan yola asfalt çəkilib, 3500 kvadratmetr ərazidə avtomobil dayanacağı yaradılaraq bura asfaltlaşdırılıb.

Vətəndaşların istirahərinin təşkili üçün çimərlik ərazisinə kifayət qədər oturacaq və qamaklar qoyulub, ərazi boyunca zibil konteynerləri quraşdırılıb, əlavə işlər görülüb.

Yaxın günlərdə Pirşağı və Buzovna qəsəbələrində yeni ictimai çimərlik istifadəyə veriləcək. Ümumilikdə isə paytaxtın dənizkənarı ərazilərində 7 yerdə belə çimərliklərin yaradılması nəzərdə tutulub.

“Şıx” ərazisində fəaliyyətə başlayan və digər ərazilərdə yaradılan ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur. Ərazinin təmizliyini lazımi səviyyədə saxlanılması üçün burada xidmət personalı fəaliyyət göstərəcək.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi